Cümə axşamı, 28 Avqust, 2025

Proqram iştirakçıları ilə iş üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 27 Avqust, 2025 - 16:56
Proqram iştirakçıları ilə iş üzrə mütəxəssis vakansiyası

Proqram iştirakçıları ilə iş üzrə mütəxəssis vakansiyası

 

Proqram iştirakçıları ilə iş üzrə mütəxəssisin vəzifə öhdəlikləri

Vəzifənin adı: Proqram iştirakçıları ilə iş üzrə mütəxəssis

Tabe olduğu şəxs: Layihə Meneceri / İdarəetmə Qrupunun Rəhbəri

Vəzifə haqqında ümumi məlumat

Proqram iştirakçıları ilə iş üzrə mütəxəssis Dövlət Proqramının icrası çərçivəsində iştirakçıların qəbul

mərhələsindən məzun olduğu dövrədək bütün proseslərinə nəzarət edir. Bu vəzifə sənədlərin yoxlanılması, maliyyə

əməliyyatları, müqavilələrin tənzimlənməsi, universitetlərlə koordinasiyanın qurulması tərəfdaşlarla əməkdaşlıq

yolu ilə proqramın səmərəli icrasını təmin edir. Proqram iştirakçıları ilə iş üzrə mütəxəssis təqaüdçülər üçün əsas

əlaqələndirici şəxs qismində çıxış edir, onları inzibati prosedurlar barədə məlumatlandırır, adaptasiya prosesinə dəstək göstərir və proqramın tələblərinə riayət olunmasına nəzarət edir.

Əsas vəzifə öhdəlikləri

Qəbul və qeydiyyat üzrə dəstək

 Müraciət üçün tələb olunan sənədləri yoxlamaq və proqram qaydalarına uyğunluğunu təsdiq etmək.

 Müsahibələrin cədvəlini tərtib etmək, seçim prosesini və komissiyanın fəaliyyətini koordinasiya etmək.

 Təqaüd müqavilələrinin hazırlanmasını və imzalanmasını təşkil etmək, sənədlərin Nazirliyə təqdim  olunmasını təmin etmək.

Təqaüdçülərlə iş və dəstək

Doktorantura və magistratura təqaüdçüləri ilə mütəmadi əlaqə saxlamaq.

 Müqavilələrin uzadılması, dayandırılması və universitet dəyişikliklərinə dəstək vermək.

 Təhsil müəssisələrində qeydiyyat vəziyyətini yoxlamaq və zəruri təqdimatları Nazirliyə təqdim etmək.

 Təqaüdçülərin tədqiqat, tədris və kurikulumun hazırlanması daxil olmaqla, akademik öhdəliklərini yerinə yetirdiyinə əmin olmaq.

Təqaüd müqavilələrinin şərtlərinə əməl olunmasını izləmək, akademik nəticələri qiymətləndirmək.

 Tələbələrin akademik mühitə adaptasiyasına kömək etmək üçün birbaşa onlara istiqamət vermək, eləcə də bu məqsədlə universitetlər və ailələrlə koordinasiya işləri aparmaq.

 Yaşayış xərcləri üçün bank kartlarının təqdim edilməsini təmin etmək.

 Universitetlərlə birlikdə təqaüdçülərin qeydiyyat, akademik vəziyyət və maliyyə məsələlərini koordinasiya etmək.

Maliyyə dəstəyi və geri ödənişlər

 Təhsil haqqı, yaşayış xərcləri və sığorta ilə bağlı maliyyə sənədlərini yoxlamaq və işləmək.

 Maliyyə müraciətlərinin vaxtında təqdim olunmasını və təsdiq edilməsini təmin etmək.

 Maliyyə şöbəsi ilə ödənişlərin izlənilməsi və problemlərin həlli istiqamətində əməkdaşlıq etmək.

 Təqaüd kartları ilə bağlı məsələləri (itmə, əvəzləmə və s.) həll etmək.

Tərəfdaşlarla kommunikasiya və koordinasiya

Yerli və xarici universitetlərlə təqaüdçülərin vəziyyəti və maliyyələşməsi barədə əlaqə saxlamaq.

 Proqramla bağlı yeniliklər və hesabatlar üçün maliyyə və marketinq departamentləri ilə əməkdaşlıq etmək.

 Təsdiq, hesabatvermə və uyğunluğun təmin edilməsi məqsədilə Nazirliklə birgə işləmək.

Monitorinq və hesabatlılıq

 Təqaüdçülərin nəticələri, universitet yerləşdirmələri və maliyyə ödənişlərinə dair dəqiq bazanı saxlamaq,

aylıq və rüblük hesabatlar hazırlamaq.

 Müqavilələrin statusunu (müddətinin bitməsi, uzadılması və məzun olması daxil olmaqla) izləmək.

 Təqaüdçülərin təcrübəsini qiymətləndirmək üçün mütəmadi məmnuniyyət sorğuları keçirmək.

 Akademik sahələr üzrə tələbələrin sayını izləmək və proqram tendensiyalarını təhlil etmək.

İctimaiyyətlə əlaqə və digər öhdəliklər

Təqaüd proqramının təqdimatı üçün tanıtım tədbirlərində iştirak etmək.

Marketinq şöbəsi ilə birlikdə təqaüdçülərin nailiyyətlərini işıqlandırmaq.

 Bütün rəsmi sənədlərin Nazirliyin elektron sənəd dövriyyəsi sistemi vasitəsilə rəsmiləşdirilməsini təmin etmək.

 Rəsmi məktublar hazırlamaq, universitetlərdən və proqram iştirakçılarından daxil olan sorğulara cavab vermək.

Tələblər

 Təhsil, idarəetmə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;

 Ən azı 2–3 il müddətində proqram koordinasiyası, universitet və ya dövlət idarəçiliyi sahəsində iş təcrübəsi.;

 Universitet idarəçiliyi və maraqlı tərəflərlə əməkdaşlıq sahəsində biliklər;

 Güclü təşkilatçılıq və ünsiyyət bacarıqları, dəqiqlik, problem həll etmə qabiliyyəti;

 Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı bacarığı

Deadline: 10.09.2025

NOTE: Please send your CVs with the subject line “Program Specialist” to the email address [email protected]

NOTE: Please send your CVs with the subject line “Program Specialist” to the email address [email protected]NOTE: Please send your CVs with the subject line “Program Specialist” to the email address [email protected]NOTE: Please send your CVs with the subject line “Program Specialist” to the email address [email protected]NOTE: Please send your CVs with the subject line “Program Specialist” to the email address [email protected]NOTE: Please send your CVs with the subject line “Program Specialist” to the email address [email protected]

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 735
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 147
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7599
Sumqayıt Dövlət Univ...