Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Dövlət Universitetinin və İslam Əməkdaşlığı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “İƏT Model Akademiyası-2025” layihəsi üçün qeydiyyat açıq elan olunur.
Seçim mərhələsindən uğurla keçən müraciətçilər 2 aylıq layihə müddətində Azərbaycanda olan diplomatik korpus nümayəndələri və ekspertlər tərəfindən keçiriləcək həftəlik mühazirələrdə iştirak edərək diplomatiya və beynəlxalq münasibətlər sahəsində bilik və bacarıqlarını artıracaqlar. Layihənin sonunda iştirakçılar əldə etdikləri bilik və bacarıqları layihə çərçivəsində təşkil olunacaq İƏT Xarici İşlər Nazirləri Şurasının Simulyasiya Konfransında tətbiq edə biləcəklər.
Əgər siz:
18-29 yaş aralığındasınızsa;
Diplomatiya və beynəlxalq münasibətlər mövzularına maraq göstərir, təcrübə əldə etmək istəyirsinizsə;
İƏT və onun strukturlarının iş fəaliyyətini öyrənməyə maraq göstərirsinizsə;
İngilis dilini orta və ya əla səviyyədə bilirsinizsə bu layihə məhz sizin üçündür!
Qeydiyyat linki: LİNK
Qeydiyyat üçün son tarix: 10 sentyabr, 2025-ci il, saat 23:59 (GMT +4, Bakı vaxtı)