Şirkət: Fanatik Game Center
Vakansiya: Game Center Meneceri
Vəzifə öhdəlikləri:
Gündəlik fəaliyyətin idarə edilməsi: Oyun mərkəzinin fəaliyyətini effektiv şəkildə təşkil və idarə etmək.
Müştəri xidməti: Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq, xidmət keyfiyyətinə nəzarət etmək və onların məmnuniyyətini təmin etmək.
Satış və Marketinq:Oyun mərkəzinin müştəri bazasını genişləndirmək və yeni müştərilər cəlb etmək məqsədilə müxtəlif kampaniyalar və reklam strategiyaları həyata keçirmək. Bu istiqamətdə Marketinq və SMM komandaları ilə sıx əməkdaşlıq etmək, onlardan dəstək və tələblər irəli sürmək.
Avadanlıqlara nəzarət: Oyun avadanlıqlarının işlək vəziyyətdə olmasını təmin etmək, texniki problemləri operativ həll etmək və yenilənmələrə nəzarət etmək.
Maliyyə və hesabatlar: Günlük və aylıq satış və maliyyə hesabatlarını hazırlamaq, gəlirliliyi artırmaq üçün strategiyalar hazırlamaq.
Tədbirlərin təşkili: Oyun turnirləri, tədbirlər və promosyonlar təşkil edərək müştəri cəlb etmək və LaLiga brendinə uyğun fəaliyyətlər həyata keçirmək.
Komandanın idarə olunması: İşçi heyətini yönləndirmək, motivasiya etmək və onların fəaliyyətinə nəzarət etmək.
Şirkətin daxili nizam-intizam, təhlükəsizlik texnikası, sanitariya və gigiyena qaydalarına riayət etmək.
Qonaqların şikayət və təklifləri ilə maraqlanmaq, birbaşa rəhbərini məlumatlandırmaq.
Əməkdaşlar arasında münaqişəli vəziyyətlərin həlli.
Vəzifəyə tələblər:
Təhsil: Ali təhsil (İdarəetmə, Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üstünlükdür).
İş təcrübəsi: Restoran və Lounge tipli obyektlərin idarə olunmasında təcrübə isə üstünlük hesab olunur.
Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dili biliyi üstünlükdür.
Texniki biliklər: Oyun konsolları (PS5, Xbox, PC gaming) və oyun avadanlıqları haqqında məlumat.
Marketinq bacarıqları:Sosial Şəbəkələrdə və Ənənəvi üsullar ilə reklam və marketinqin qurulmasını aparmaq.
Kompüter bilikləri: Microsoft Office və ya Google Sheets-də hesabatlar hazırlamaq bacarığı
Şəxsi keyfiyyətlər: Liderlik, təşkilatçılıq, problem həll etmə bacarığı və komandada işləmə qabiliyyəti.
Biz sizə nə təklif edirik?
Stabil əmək haqqı + performans əsaslı bonus sistemi.
Rahat və dinamik iş mühiti.
Karyera inkişafı üçün imkanlar.
Peşəkar komandada çalışma imkanı.
İş haqqında:
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Game Center Meneceri” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.