Texnologiya və innovasiyaya marağın varsa, real layihələrdə iştirak edib öz bacarıqlarını nümayiş etdirmək istəyirsənsə – bu proqram sənin üçündür!
Kimlər müraciət edə bilər?
-Maşın mühəndisliyi üzrə III və IV kurs tələbələri;
-Elektronika üzrə nəzəri və praktiki biliklərə sahib gənclər;
-Arduino (C, C++) və mikroprosessor əsaslı layihələrlə işləməyi bacaranlar;
-SolidWorks, AutoCAD, Tinkercad proqramlarında 3D modelləşdirənlər;
-Sxem hazırlamaq, montaj və nasazlıq diaqnostikasında bacarıqlı olanlar;
-Komandada işləməyi sevən və yaradıcı həllər tapmaqdan zövq alanlar;
-İngilis dili üzrə minimum B1 səviyyəsi olanlar.
Səni nələr gözləyir?
-Real və innovativ layihələrdə iştirak;
-Praktiki bilik və təcrübə qazanmaq;
-Elektronika və maşın mühəndisliyini birləşdirən işlərdə özünü sınamaq;
-Peşəkar mentorların dəstəyi ilə inkişaf etmək;
-Yaradıcı potensialını nümayiş etdirmək;
-Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak imkanı.
Müraciət etmək üçün CV-ni [email protected] elektron-poçt ünvanına göndər! (Mövzu yerində təcrübə proqramı yazılmayan müraciətlərə baxılmayacaq)
Son qeydiyyat tarixi: 15 sentyabr, 2025