
Dövlət Məşğulluq Agentliyi TİPx (Tələbə İnkişaf Platforması) çərçivəsində növbəti “TİPx: Karyera planlaması niyə mühümdür?” konfransı keçirəcək
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı ali və orta ixtisas müəssisələrində təhsil alan tələbələrə dəyişikliklərə açıq olmaq, davamlı vərdişlərə yiyələnmək, hədəfləri reallığa çevirmək üçün inkişaf etdirilməli olan bacarıqlar barədə maarifləndirmək, təqdimat bacarıqlarının karyera planlamasındakı əhəmiyyətini aşılamaq məqsədi ilə TİPx (Tələbə İnkişaf Platforması) çərçivəsində növbəti “TİPx:Karyera planlaması niyə mühümdür? konfransı ilə sizlərin görüşünə gəlir.
Qonaq spikerlər:
1.Sərvər Abdullayev - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentində müdir müavini
2.Azər Sanılı - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası , İnformasiya Texnologiyaları və Rəqəmsal İdarəetmə şöbəsinin müdiri
3.Əli Qurbanlı - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentlinin Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin müdiri
Keçirilmə tarixi: 14 mart, saat 14:00
Məkan: Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Konfrans müddəti: 1 saat
Hədəf qrupu: Ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr
Uğurlu gələcəyə birlikdə addımlayaq!
Son qeydiyyat tarixi: 14 mart saat 10:00, 2025
Müraciət et
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur