Cümə axşamı, 21 Avqust, 2025

Proqramlaşdırma üzrə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi başlayır


  • Dərc edildi: 11 Mart, 2025 - 21:25
Proqramlaşdırma üzrə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi başlayır

Proqramlaşdırma üzrə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi başlayır

 

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinə start verilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, İT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır. 

Hakatonda iştirak üçün qeydiyyat codehour.edu.az saytı üzərindən aparılır.

İlkin qeydiyyat mərhələsində respublika üzrə 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat mərhələsində verilən tapşırıqları uğurla yerinə yetirən iştirakçılar I mərhələyə vəsiqə qazanacaqlar. Müsabiqənin bütün sınaqları iştirakçılar üçün müvafiq qruplar (8-9-cu siniflər və 10-11-ci siniflər) çərçivəsində aparılacaq.

Dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər müsabiqədə fəal iştirak edən şagirdlər üçün 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün maarifləndirici sessiya və seminarlar təşkil ediləcək ki, bu da onların bilik və bacarıqlarının inkişafına töhfə olacaq. 

Müsabiqənin final mərhələsində isə 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.

Qeyd edək ki, “Məktəblilərarası Milli Hakaton - 2025” çərçivəsində 3-5 mart tarixlərində ümumi təhsil müəssisələrində “Milli Hakaton həftəsi” elan edilib. Bu müddət ərzində məktəblərdə informatika dərsləri “Məktəblilərarası Milli Hakaton”a həsr olunub. Həftə çərçivəsində şagirdlər proqramlaşdırma üzrə hakatonda iştirak etmək üçün ilk tapşırıqları yerinə yetiriblər. Uğur qazanan şagirdlər hakatonun növbəti mərhələsində iştirak imkanı əldə edib.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 229
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 34
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7142
Sumqayıt Dövlət Univ...