Cümə axşamı, 21 Avqust, 2025

"İşçinin hüquqları və işəgötürənin məsuliyyətləri" mövzusunda vebinar keçiriləcək


  • Dərc edildi: 11 Mart, 2025 - 23:47
"İşçinin hüquqları və işəgötürənin məsuliyyətləri" mövzusunda vebinar keçiriləcək

Dövlət Məşğulluq Agentliyi tərəfindən “İşgüzar söhbətlər” layihəsi çərçivəsində "İşçinin hüquqları və işəgötürənin məsuliyyətləri" mövzusunda vebinar keçiriləcək.


Vebinarda işçilərin hüquqi müdafiəsi, əmək şəraiti, iş saatları, tətil hüquqları və iş yerində diskriminasiya ilə mübarizə kimi mövzularla yanaşı, işəgötürənlərin əmək müqaviləsi bağlama, işçiləri sosial və hüquqi cəhətdən qoruma, qanunsuz işdən çıxarma və digər hüquqi öhdəliklər barədə ətraflı məlumat veriləcək.

Spiker qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mediasiya Şurasının mediatoru və Bakı 6 saylı Mediasiya Təşkilatında direktor vəzifəsində çalışan Tural Şahbazov iştirak edəcəkdir.

Vebinarda iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:

https://survey.sosial.gov.az/index.php/891151?lang=az

Son qeydiyyat tarixi: 17.03.2025

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 235
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 39
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7151
Sumqayıt Dövlət Univ...