“Doğru Başlanğıc” Mentorluq Layihəsi

Doğru Başlanğıc Mentorluq Layihəmiz Başlayır!

Kapital Bank olaraq region gənclərinin peşəkar inkişafına dəstək olmaq və yeni imkanlar təqdim etmək məqsədilə “Doğru Başlanğıc” Mentorluq Layihəsini elan etməkdən məmnunluq duyuruq!

Mentorluq layihəsi üzrə aktiv, həvəsli, məqsədyönlü, karyera yolunda doğru başlanğıc etmək arzusunda olan region gənclərinin axtarışındayıq.


 Layihə sizə qazandıracaq:
Peşəkar mentorlar tərəfindən fərdi dəstək;
Şəbəkələşmə və əlaqə imkanları;
Karyera başlanğıcı və inkişafı üçün sizə lazım olacaq bilik və bacarıqların gücləndirilməsi.

 Layihənin gedişatı:
Layihənin müddəti: 3 ay
Mentorluq görüşlərinin intensivliyi: ayda 2 dəfə olmaqla ümumilikdə 6 dəfə
Mentorluq layihəsi ərzində seçilmiş inkişaf istiqamətlərində işlənilməsi nəzərdə tutulub.

 Kimlər müraciət edə bilər?
Ali təhsilli (tələbə və məzunlar), təşəbbüskar, inkişafa meyilli, məqsədyönlü region gəncləri.

 Müddət ərzində seçilmiş iştirakçılardan gözləntilərimiz nələrdir?
Təyin edilmiş vaxtlarda mentorla görüşlərdə iştirak etmək;
Mentorlar tərəfindən verilən tapşırıqların icrasında maksimum həvəsli olmaqdır.

 Necə müraciət edə bilərsiniz?
İqtisadi rayonlar üzrə müvafiq müraciət linkləri:

Gəncə-Daşkəsən - https://hr.kapitalbank.az/account/login
Şəki-Zaqatala - https://hr.kapitalbank.az/account/login
Lənkəran-Astara - https://hr.kapitalbank.az/account/login
Quba-Xaçmaz - https://hr.kapitalbank.az/account/login
Mərkəzi Aran - https://hr.kapitalbank.az/account/login
Qarabağ - https://hr.kapitalbank.az/account/login
Şərqi Zəngəzur - https://hr.kapitalbank.az/account/login
Dağlıq Şirvan - https://hr.kapitalbank.az/account/login
Naxçıvan - https://hr.kapitalbank.az/account/login
Qazax-Tovuz - https://hr.kapitalbank.az/account/login
Mil-Muğan - https://hr.kapitalbank.az/account/login
Şirvan-Salyan - https://hr.kapitalbank.az/account/login

Son müraciət tarixi: 07 Sentyabr 2024

Sizə təqdim olunan bu unikal fürsəti qaçırmayın və peşəkar inkişaf yolunda bir addım daha irəliləyin!


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az