Yuxarı sinif şagirdi kimi ABŞ-də bir tədris ilini keçirmək istərdinizmi?

Yuxarı sinif şagirdi kimi ABŞ-də bir tədris ilini keçirmək istərdinizmi?

Gözəl xəbərimiz var! 2024-2025-ci tədris ili üçün FLEX proqramına müraciət açıqdır. FLEX ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən yüksək rəqabətli, bacarığa əsaslanan təqaüd proqramıdır. Seçilmiş orta məktəb şagirdləri bir tədris ilini ABŞ-də keçirəcək, ailələrdə yaşayacaq və Amerika məktəbində təhsil alacaq. Proqram zamanı FLEX şagirdləri icma fəaliyyətlərinə cəlb olunur, liderlik bacarıqları əldə edirlər. Şagirdlər Amerika cəmiyyəti və dəyərləri haqqında öyrənir, eyni zamanda amerikalıları öz ölkələri və mədəniyyətləri haqqında məlumatlandırırlar.

Aşağıdakı tələblərə cavab verən bütün şagirdlər müraciət etməyə dəvət olunur:

15 fevral 2006-cı il və 15 iyul 2009-cu il tarixləri arasında anadan olan

Müraciət zamanı 11-ci sinifdə oxuyan və ingilis dilini yaxşı və ya əla bilən

ABŞ vizası almaq hüququ olan

Son 5 ildə ABŞ-də üç aydan çox qalmayan

Azərbaycan vətəndaşı olan

Müraciət üçün son tarix: 10 oktyabr 2023-cü il

Maraqlanan namizədlər bu link vasitəsilə müraciət edə bilərlər:

https://ais.americancouncils.org/flex

Əlavə məlumat üçün [email protected] və ya 012 436 75 29 nömrəsi ilə əlaqə saxlayın.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az