“Parfümeriya üzrə satış təmsilçisi” vakansiyası
Azəri Med QSC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Son 15 il ərzində dünyanın 40-dan çox ölkəsində səhiyyə şirkətləri ilə əməkdaşlıq edirik və 250-dən artıq saya malik Apteklər Şəbəkəmiz uğurla fəaliyyət göstərir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və digər məhsullarla təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azəri Med QSC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda dəstəkçi olmaq!
Biz peşəkar komandamız üçün “Parfümeriya üzrə satış təmsilçisi” axtarırıq!
Əgər bu sahədə bilikləriniz və təcrübəniz varsa, namizədliyinizi məmnuniyyətlə dəyərləndirəcəyik.
Tələblər:
- Yaş: 20-35
- Satış sahəsində minimum 1 il iş təcrübəsi
- Dil bilikləri: Rus dili biliyi mütləqdir
- Kompüter bilikləri: MS Office proqramlarında baza bilikləri
- Yüksək səviyyədə satış bacarığı
- Ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı
- Müştəri məmnuniyyəti
Vəzifə öhdəlikləri:
- Məhsullar barədə müştərilərə ətraflı məlumatın verilməsi
- Müştərilərə məhsul seçimində köməklik göstərilməsi
- Yeni malların qəbulu və yerləşdirilməsi
- Sifarişin dəqiq və vaxtında yerinə yetirilməsi.
İş şəraiti:
- İş qrafiki: 09:00-dan - 18:00-dək; 10:00-dan - 19:00-dək; 11:00-dan - 20:00-dək
- Əmək haqqı: 400 AZN + bonus sistemi mövcuddur.
Bütün uyğun namizədlər “Parfümeriya üzrə satış təmsilçisi” mövzusu ilə [email protected] ünvanına öz CV-lərini göndərməyə dəvət edirik.
Sizin müraciətlərinizi gözləyirik!
Əlaqə: +994(55 )455-58-71
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur