Şənbə, 23 Avqust, 2025

Portfel idarəçisi şöbəsinin rəhbəri vakansiyası


  • Dərc edildi: 13 Dekabr, 2023 - 19:44
Portfel idarəçisi şöbəsinin rəhbəri vakansiyası

“PAŞA Kapital” yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir.

Vəzifə öhdəlikləri:
Portfolio idarəçisi komandasının rəhbərliyini aparmaq, buna daxil olmaqla, komanda üzvlərinin seçimi, adaptasiyası, təlim və inkişafı;
Makro-iqtisadi amillərə və tendensiyalara, şirkətlərin fundamentallarına və qiymətləndirılmələrinə əsaslanan səhmlər və sabit gəlirli kağızlar üzərinə tədqiqatının aparılması;
Faiz dərəcələri və aktivlərin qiymətləri ilə bağlı proqnozlar vermək üçün statistik və fundamental modellərin qurulması;
Dövri aktiv qiymət hərəkətlərinin potensial nəticələrini görmək üçün riyazi simulyasiyaların aparılması;
Müştərilərin risk profilləri və gəlir gözləntiləri əsasında diversifikasiya olunmuş multi-aktiv portfelin yaradılması;
Potensial qazanc və zərərləri müəyyən etmək üçün portfellər üçün ssenari təhlilinin aparılması;
Daxili və xarici kommunikasiyalar üçün iqtisadi yeniliklərin hazırlanması;
Müştəri menecerləri ilə birgə müştərilərin görüşlərinin keçirilməsi;
Vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların icra edilməsi.

Namizədlərə əsas tələblər:
Maliyyə, iqtisadiyyat və ya biznesin təşkili və ümumi idarəetmə üzrə təhsil;
CFA / ACCA / CPA kvalifikasiyalarına üstünlük verilir;
Maliyyə / İdarəetmə sahəsində MBA / Mcs dərəcəsi üstünlükdür;
Nəzarət sahəsi üzrə ən azı 3 il iş təcrübəsi;
Azərbaycan, rus və ingilis dillərində sərbəst iş aparmaq qabiliyyəti, o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
MS Office və layihə idarəçiliyi proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
Təşkilatçılıq qabiliyyəti;
Maliyyə bazarları haqqında biliklərin olması;
Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.

Maraqlanan şəxslər elektron məktub başlığında “Portfel idarəçisi şöbəsinin rəhbəri” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 410
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 83
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7290
Sumqayıt Dövlət Univ...