“ADA” Universitetinin Hüquq fakültəsi peşəkar təcrübəsi olan və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan hüquqşunas namizədləri “Əşya hüququ”, “Beynəlxalq xüsusi hüquq”, “Avropa İttifaqı hüququ”, “Tikinti hüququ” və “Fintek (Financial Technology)” fənlərinin tədris olunması məqsədilə saathesabı müəllim vəzifəsinə müraciət etməyə dəvət edir.
“Əşya hüququ” fənni üzrə seçim prosesindən uğurla keçmiş şəxs yaz semestri ərzində 37.5 saat mühazirə/seminar (həftədə hər biri 75 dəqiqə olmaqla iki mühazirə) və 17.5 saat məşğələ (həftədə hər biri 75 dəqiqə olmaqla bir məşğələ) aparmalıdır.
“Beynəlxalq xüsusi hüquq” fənni üzrə seçim prosesindən uğurla keçmiş şəxs yaz semestri ərzində 37.5 saat mühazirə və məşğələ (həftədə hər biri 75 dəqiqə olmaqla bir mühazirə və məşğələ) aparmalıdır.
“Avropa İttifaqı hüququ” fənni üzrə seçim prosesindən uğurla keçmiş şəxs yaz semestri ərzində 37.5 saat mühazirə və məşğələ (həftədə hər biri 75 dəqiqə olmaqla bir mühazirə və məşğələ) aparmalıdır.
“Tikinti hüququ” fənni üzrə seçim prosesindən uğurla keçmiş şəxs yaz semestri ərzində 19 saat mühazirə (həftədə 75 dəqiqə olmaqla bir mühazirə) aparmalıdır.
“Fintek (Financial Technology)” fənni üzrə seçim prosesindən uğurla keçmiş şəxs yaz semestri ərzində 19 saat mühazirə (həftədə 75 dəqiqə olmaqla bir mühazirə) aparmalıdır.
“ADA” Universiteti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin işə qəbul prosesində hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
Qeyd 1. “Əşya hüququ” və “Tikinti hüququ” fənləri Azərbaycan dilində, “Beynəlxalq xüsusi hüquq”, “Avropa İttifaqı hüququ” və “Fintek (Financial Technology)” fənləri İngilis dilində tədris olunur.
Qeyd 2. “Əşya hüququ” və “Tikinti hüququ” fənləri üzrə xarici ölkədə beynəlxalq səviyyədə tanınmış ali məktəbdə hüquq ixtisası üzrə magistr dərəcəsi olmadığı halda, yerli universitetlərdən əldə edilmiş magistr dərəcəsi və sahə üzrə zəngin iş təcrübəsi nəzərdən keçirilə bilər.
Maraqlanan şəxslərdən aşağıda qeyd edilən sənədləri word və ya pdf formatında e-mail vasitəsilə [email protected] poçt ünvanına göndərmələri tələb olunur:
Müraciət üçün son gün 2023-cü il 24 dekabr tarixidir. Tədris prosesi 2024-cü il yanvar ayının 22-dən etibarən başlayacaq. Daha ətraflı məlumatı “ADA” Universitetinin rəsmi səhifəsindən (www.ada.edu.az) əldə edə bilərsiniz.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb