Bazar, 1 İyun, 2025

Direktor köməkçisi vakansiyası


  • Dərc edildi: 14 Avqust, 2024 - 21:04
Direktor köməkçisi vakansiyası

Direktor köməkçisi vakansiyası

 

Şirkət haqqında: Müəssisə 1999 - cu ildə təsis edilmişdir. Hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə üç böyük zavodu fəaliyyətdədir. Sumqayıt mərkəzi üzrə iki zavod, Şəmkir mərkəzi üzrə bir zavod mövcuddur. Markanın məhsullarını istehsal edən "Bismak" zavodu 06.04.2004 - cü il, “Çörəkçi” zavodu isə 14.01.2013 - cü ildə təsis edilmişdir. Zavodlarda ümumi 241 sayda məhsul çeşidi istehsal edilməkdədir.

Vəzifə öhdəliyi: 

  • Şirkətin şəhər nömrələrinə  daxil olan şikayətlərin qeydə alınması və aidiyyatı şəxslərin məlumatlandırılması;
  • Şirkət e-mailinə və nömrələrinə daxil olan əməkdaşlıq təkliflərinin cavablanması və ya aidiyyatı üzrə yönləndirilməsi; 
  • Sənədlərin aidiyyatı department rəhbərlərinə vizalanmasına və direktorun imzasına təqdim edilməsi;
  • İmzalanmış müqavilələrin təhvil-təsliminin qeydiyyatının aparılması;
  • Şirkət daxilində imzalanmış sənədlərin aidiyyatı üzrə paylanması;
  • Nağd pul tələbnaməsinin tərtib olunması, imzalanması və icrası üçün xəzinədarlığa təqdim olunması;
  • İclas otağının iclas/ görüşlərin keçirilməsi üçün hazır vəziyyətdə olmasına nəzarəti və keçirilən iclas /görüşlərin qeydiyyatının aparılması;
  • Aylıq hesabat iclaslarında protokolun tərtib edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
  • Aylıq hesabatlara nəzarət.

Namizədə aid tələblər:

  • Ali təhsil: İqtisadiyyat, Maliyyə və Biznesin idarəedilməsi üzrə olması üstünlükdür
  • İş təcrübəsi: 2 il
  • Dil bilikləri: Azərbaycan (əla), ingilis dili (çox yaxşı), rus dili (çox yaxşı)
  • Kompyuter bilikləri:  MS Office proqramları üzrə yüksək səviyyədə biliklər
  • Cinsi: Bəy  
  • Sürücülük vəsiqəsi olmalıdır
  • Ezamlara gedə bilməlidir

İş qrafiki:

  • 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq (Ştat cədvəli aralığında)

İş yeri: Sumqayıt şəhəri

Üstünlüklərimiz: 

  • Nahar ilə təmin edilmə
  • Könüllü tibbi sığorta
  • Servis ilə təmin edilmə
  • Korporativ nömrə və danışıq limiti
  • Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Direktor köməkçisi” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 123
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 176
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 95
XVIII Beynəlxalq Ast...