Çərşənbə, 27 Avqust, 2025

“Gənclərin Peşə Hazırlığına Dəstək” proqramına qeydiyyat başladı


  • Dərc edildi: 24 Yanvar, 2023 - 20:44
“Gənclərin Peşə Hazırlığına Dəstək” proqramına qeydiyyat başladı

“Gənclərin Peşə Hazırlığına Dəstək” proqramına qeydiyyat başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin peşə bacarıqlarının inkişaf etdirilərək əmək bazarında rəqabətə davamlı kadr kimi formalaşması məqsədilə birgə əməkdaşlığa başlayır.

 

Belə ki, gənclərin müvafiq peşə üzrə əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqlara yiyələnməsi və məşğulluq imkanlarını genişləndirmək məqsədilə “Gənclərin Peşə Hazırlığına Dəstək” proqramına start verilir.

 

Peşə hazırlığı dövlət sifarişi əsasında adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçiriləcək. Kurs müddətində işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək və peşə hazırlığını müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.

 

Kurslar əmək bazarının tələblərinə uyğun olaraq 20 aktual peşə istiqaməti üzrə təşkil olunacaq. Müraciət edən gənclərin məşğulluq imkanları qiymətləndiriləcək, daha sonra peşə hazırlığına uyğunluğu müəyyən olunmuş şəxslər kurslara cəlb olunacaqlar.

Müraciət üçün qeydiyyat keçin: t.ly/Y31C

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 706
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 140
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7572
Sumqayıt Dövlət Univ...