Əmək haqqı üzrə mütəxəssis vakansiyası

SOCAR Downstream-də İnsan resursları departamentində Əmək haqqı üzrə mütəxəssis vakansiyamız mövcuddur. Tələblərimiz maliyyə/mühasibatlıq, və ya biznesin idarəolunması üzrə digər sahələr üzrə təhsil və 1-2 illik sahə üzrə iş təcrübəsindən ibarətdir.
Görəcəyi işlər aşağıda qeyd olunmuşdur:
·       Əmək və məşğulluq alt sistemində ştatların yaradılması, işə qəbulu, vəzifə dəyişikliyi və əmək məcəlləsinin müvafiq maddəsi xitam verilməsi
·       Əmək müqavilələrinin və əlavələrinin imzalatdırılması, Əmək haqqı və Kadr uçotu ilə bağlı sənədləşmə işlərinin görülməsi.
·       Əmək haqqı kartlarının sifarişi və əməkdaşlara təhvil verilməsi
·       İşçilərin və ailə üzvlərinin könüllü tibbi sığortanması üzrə müraciətlərin təmin edilməsi
·       İşçilərin bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari tibbi sığorta edilməsi
·       Həyat Yığım Sığortası ilə əlaqədar qoşulma müraciətlərinin təsdiq edilməsi və əmək haqqından tutulmalarının icra edilməsi
·       Şirkət əməkdaşlarının iş vaxtının qeydiyyat cədvəllərinə nəzarətin edilməsi
·       Əməkdaşların aylıq əmək haqqını (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar və bu qəbildən olan digər ödənişlər) mövcud proqram təminatı(SAP) vasitəsi ilə hesablaması, hesablanan məlumatların yoxlanılması və ödənilməsi
·       Ezamiyyətlər üzrə əmrlərin hazırlanması
·       İşçilərin məzuniyyət haqlarını, kompensasiyalarını, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsinin təmin edilməsi
·       DSMF tərəfindən ödənilən xəstəlik vərəqələrinin, qismən ödənişli sosial məzuniyyətlə bağlı müavinətlərin, 2021-ci ilə qədər uşağın anadan olmasına görə müavinətlərin e-gov.az portalına müvafiq qaydada ödənilməsi üçün yüklənməsi və prosesin nəzarətdə saxlanılması
·       Əmək haqqı arayışlarının hazırlanması
·       HİK,YAP üzrə üzvlük müraciətlərinə əsasən qoşulmaların və ƏH-dan tutulmaların təmin edilməsi
·       Əmək haqqı ilə bağlı məhkəmə qərarlarının icrası (Aliment, Bank)
·       Əmək haqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin sorğularını dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq
·       Şirkət daxili gündəlik, həftəlik, aylıq hesabatların hazırlanması
·       Vahid Bəyannamənin hazırlanması və müvafiq elektron portal üzrə təqdim olunması
·       Dövlət statistika hesabatı üçün məlumatların hazırlanması

Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını yazmaqla [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur. 
Son müraciət tarixi: 9 yanvar 2023


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az