Daxili audit şöbəsinin müdiri vakansiyası

Daxili audit şöbəsinin müdiri vakansiyası

 

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu "Daxili audit şöbəsinin müdiri" vəzifəsi üzrə vakansiya elan edir:

 

Vəzifə öhdəlikləri:

  • Fondun daxili nəzarət və audit proseslərinin effektivliyini təmin etmək;
  • Risklərin qiymətləndirilməsi və idarə olunması proseslərini nəzarətdə saxlamaq;
  • Fondun struktur bölmələrinin auditinin risk əsaslı illik planını hazırlamaq və təsdiq üçün Müşahidə Şurasına təqdim etmək;
  • Fondun struktur bölmələrinin auditini təşkil etmək və audit zamanı aşkar edilmiş uyğunsuzluqları və çatışmazlıqları təfsilatlı şəkildə əks etdirən hesabatların hazırlanmasında iştirak etmək;
  • Fəaliyyət risklərini müəyyən etmək, qiymətləndirmək və risklərin minimallaşdırılması üçün təkliflər hazırlayaraq Müşahidə Şurasına təqdim etmək;
  • Daxili audit şöbəsinin fəaliyyəti və keçirilən yoxlamalara dair hesabatı İdarə Heyətinə və Müşahidə Şurasına təqdim etmək;
  • Daxili audit üzrə tərtib olunmuş hesabatda tövsiyə olunan tədbirlərin həyata keçirilməsinə nəzarəti təşkil etmək;
  • Kənar auditorlardan daxil olmuş sorğulara operativ və dəqiq cavab verilməsinə nəzarət etmək;
  • Maliyyə hesabatlarının qiymətləndirilməsinə dəstək göstərmək üçün kənar auditorları daxili audit nəticələri ilə təmin etmək;
  • Əsas nəticələri və ya narahatlıqları müzakirə etmək üçün rəhbərlik və kənar auditorlar arasında görüşlər təşkil etmək;
  • Kənar auditor tərəfindən təklif olunan tədbirlər və tövsiyələr əsasında fəaliyyət planları təqdim etmək;
  • Kənar audit nəticələrinin etibarlılığını artıran maliyyə məlumatlarının düzgünlüyünə və tamlığına zəmanət vermək;
  • Müxtəlif fəaliyyət və əməliyyatların uyğunluğunu təmin etmək üçün müvafiq normativ hüquqi aktlara və Fondun daxili qaydalarına riayət olunmasını yoxlamaq;
  • Daxili audit şöbəsinin fəaliyyətinə rəhbərlik etmək və şöbə əməkdaşlarının peşəkar inkişafını təmin etmək;
  • Fəaliyyəti ilə əlaqədar əldə etdiyi xüsusi məlumatların məxfiliyini təmin etmək.

 

 Namizədə dair tələblər:

 Təhsil: Maliyyə, İqtisadiyyat, Hüquq və ya əlaqəli sahələr üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);

  İş təcrübəsi: Audit, maliyyə idarəetməsi və ya əlaqəli sahələr üzrə azı 5 il iş təcrübəsi;

  Texniki bacarıqlar: MS Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı.

  Bilik və bacarıqlar:

  • Beynəlxalq audit standartları üzrə biliklər (CIA, ACCA, CFA, DipIFR və s. aidiyyəti sertifikatlardan hər hansı birinin olması üstünlükdür);
  • Analitik düşüncə və problem həlletmə bacarıqları;
  • Güclü ünsiyyət və idarəetmə bacarıqları;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (ingilis və rus dili bilikləri üstünlükdür).

 

Vakansiyaya müraciət etmək istəyən namizədlər [email protected] ünvanına CV göndərə bilərlər. Məktubun mövzu sətrində “Daxili audit şöbəsinin müdiri” qeyd olunmalıdır.

Son müraciət tarixi: 15.12.2024


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az