Şənbə, 17 May, 2025

IV Azərbaycan Astronomiya Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib


  • Dərc edildi: 6 Dekabr, 2024 - 00:27
IV Azərbaycan Astronomiya Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

IV Azərbaycan Astronomiya Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

 

Dekabrın 5-i IV Azərbaycan Astronomiya Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Məktəbəqədər və ümumi Təhsil üzrə Dövlət Agentliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində baş tutan mərasimdə olimpiadanın qızıl, gümüş və bürünc mükafatçılarına medal, diplom və hədiyyələr təqdim olunub.

Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır. 2016-cı ildən etibarən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi-Bohm Planetariumun birgə təşəbbüsü ilə məktəblilər üçün astronomiya yönümlü proqramların təşkil edilməsinə start verilib.

Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən IV Azərbaycan Astronomiya Olimpiadasının respublika turunda astronomiya üzrə bilik və bacarıqlarını yoxlamaq məqsədilə 1190 nəfər şagird qeydiyyatdan keçib. Daha sonra Bakı Dövlət Universitetində və Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzində baş tutan final mərhələsinin nəticələri əsasında Təşkilat Komitəsinin qərarına əsasən, 6 nəfər birinci yerə, 10 nəfər ikinci yerə, 9 nəfər isə üçüncü yerə layiq görülüb. 

IV Azərbaycan Astronomiya Olimpiadasının qalibləri, həmçinin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunublar. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən, mərkəzdə təşkil olunub.  IV Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilib. Keçirilən imtahan nəticəsində seçilən 5 nəfərdən ibarət komanda ölkəmizi Braziliyada baş tutan XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında təmsil edib və komanda üzvlərindən 4 nəfər şagird “Fəxri Ad”la təltif olunub.

Beynəlxalq arenada mükafatlarla nəticələnən IV Azərbaycan Astronomiya Olimpiadasının təşkilatçıları Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İB-dir. Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil İnstitunun dəstəyilə baş tutub. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yay Riyaziyyat Düşərgəsinə qeydiyyat davam edir!
15 May, 2025 - 16:38 493
Yay Riyaziyyat Düşər...
Müəllimlərin fənlər üzrə sertifikatlaşdırmada iştirak qrafiki BƏLLİ OLDU
14 May, 2025 - 20:35 159
Müəllimlərin fənlər ...
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul ELAN EDİR
13 May, 2025 - 17:57 287
Azərbaycan Respublik...