Çərşənbə, 30 İyul, 2025

“Könüllülər Proqramı - 2023" çərçivəsində könüllülərin qeydiyyatı davam etdir


  • Dərc edildi: 7 Yanvar, 2023 - 21:21
“Könüllülər Proqramı - 2023" çərçivəsində könüllülərin qeydiyyatı davam etdir

Azərbaycan Gimnastika Federasiyası (AGF) bu il gimnastika növləri üzrə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili ilə əlaqədar “Könüllülər Proqramı - 2023" çərçivəsində könüllülərin qeydiyyatını davam etdirir.

AZƏRTAC xəbər verir ki, könüllülər proqramına seçilən şəxslər bu il paytaxtımızda keçiriləcək beynəlxalq yarışlarda könüllü kimi fəaliyyət göstərəcək, dil biliklərini inkişaf etdirərək, idman yarışlarının təşkili sahəsində təcrübə və yeni biliklər qazanacaqlar.

Könüllülərin yarışlarda fəaliyyətinin keyfiyyətli təşkili məqsədilə yarışlardan əvvəl könüllülər üçün gimnastika yarışlarının təşkili, yarışların keçirilmə qaydaları, gimnastika yarışlarının mahiyyəti üzrə ümumi təlim, yarışların keçiriləcəyi Milli Gimnastika Arenasının xidmət sahələri ilə tanışlıq, könüllülərin cəlb olunacağı xidmət sahələrinin fəaliyyəti haqqında təlim və seminarlar təşkil olunacaq.

AGF-in təşkil etdiyi beynəlxalq yarışlarda könüllülər müxtəlif sahələr üzrə fəaliyyət göstərəcəklər. Bunlara yarışların təşkili, mətbuat xidməti, akkreditasiya xidməti, tamaşaçılar xidməti, tərcümə xidməti, mükafatlandırma xidməti, nəqliyyat xidməti və digər sahələr daxildir.

Könüllülər 2023-cü ildə Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışı (18-19 fevral), idman gimnastikası üzrə dünya kuboku yarışı (9-12 mart), bədii gimnastika üzrə dünya kuboku yarışı (21-23 aprel), bədii gimnastika üzrə Avropa çempionatında (17-21 may), o cümlədən digər beynəlxalq tədbirlər və yerli yarışlarda könüllü qismində çalışmaq imkanı əldə edəcəklər.

“Könüllülər Proqramı - 2023”ə qatılmaq istəyən şəxslər yanvarın 10-dək - https://bit.ly/3WIklLe  linkinə daxil olaraq, elektron ərizə formasını doldurub, müraciət edə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 261
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 860
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 735
Azərbaycan Texnologi...