reklam

Agentlik İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi vakansiyasını elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

  • İctimaiyyətlə, o cümlədən KİV-lərlə əlaqələrin qurulması və koordinasiyası;
  • Agentliyin cari fəaliyyətinin KİV-də işıqlandırılmasının təmin edilməsi;
  • İnformasiya sorğularının cavablandırılması;
  • İctimaiyyətlə əlaqələr sahəsi üzrə materialların hazırlanması və redaktəsi;
  • İcbari tibbi sığorta sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təkliflərin verilməsi;
  • İctimaiyyətlə əlaqələr sahəsində təşkilati və sərəncamverici sənədlərin hazırlanması;
  • Agentliyin rəsmi internet səhifəsinin daim yenilənməsinə, imkanlarının təkmilləşdirilməsinə nəzarət edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (İctimaiyyətlə əlaqələr, Jurnalistika, Filologiya üzrə);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Rus və ya ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Təhliletmə bacarığı;
  • Nəticəyönümlülük;
  • Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
  • Operativlik və stress altında işləmək bacarığı;
  • Microsoft Ofis proqramlarında işləmək bacarığı.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi18.01.2023-cü il;
  • CV-lər [email protected] ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az