Dmitri Toçilkin ilə 4 günlük neyrogenerativ incəsənət ustad dərsləri

Yay ustad dərsləri silsiləsi davam edir! Bu dəfə Sizi rusiyalı mütəxəssis Dmitri Toçilkin ilə 4 günlük neyrogenerativ incəsənət ustad dərslərinə dəvət edirik.

Dördgünlük ustad dərslərində Dmitri Toçilkin müasir neyron şəbəkələrinin kompüter qrafikasında yeni imkanlarından danışacaq. Son bir neçə il ərzində yaranan yeni texnologiyalar sadəcə istifadəçinin mətn sorğusundan istifadə edərək, bir neçə saniyə ərzində əsərlər yaratmağa imkan verir. Bu texnologiyalar sürətlə inkişaf edir və tezliklə qrafika sahəsində neyron şəbəkələrin istifadəsinə daha çox rast gəlinəcək.

Ustad dərslərində biz müasir neyron şəbəkələrinin imkanları və məhdudiyyətləri ilə tanış olacağıq və necə işlədiyini öyrənəcəyik, həmçinin neyrogenerativ sənət əsərlərinin yaradılmasının yeni etikasını müzakirə edəcəyik.

Ustad dərsləri rəssamlar, illüstratorlar, mouşn və veb-dizaynerlər, həmçinin neyron şəbəkələrdən istifadə etməklə yeni texnologiyalarla və qeyri-adi qrafik əsərlərin yaradılması ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.

9 avqust (1-ci dərs) - İnteraktiv mühazirə
11 avqust (2-ci dərs) - Açıq mənbə veb-alətlər ilə rəsmlər yaratmaq üzrə məşğələ
12 avqust (3-cü dərs) - DiscoDiffusion proqramında animasiyaların yaradılması
15 avqust (4-cü dərs) - İştirakçıların yaratdığı əsərlərin nümayişi və müzakirəsi

İştirakçılar üçün tələblər:

• Şəxsi noutbuk

Dmitri Toçilkin 7 illik təcrübəyə malik kompüter görmə texnologiyasının tədqiqatçısıdır. O, müxtəlif illərdə Yandex.Drone, Google Zurich, Google San Francisco, Huawei və IBM şirkətlərində çalışıb və hal-hazırda neyrogenerativ açıq mənbə alətlərinin inkişafı və təcrübələri ilə məşğuldur.

Yaş həddi: 16+
Yerlər məhduddur
Dil: Rus, Azərbaycan dilinə sinxron tərcümə ilə
Tarix: 9, 11, 12, 15 avqust
Saat: 19:00-21:00
Məkan: YARAT Mərkəzi
COVID pasportu tələb olunur

Qeydiyyat üçün: https://cutt.ly/yZnL96d
Əlavə məlumat üçün: +99450 246 92 92



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az