Cümə axşamı, 4 Sentyabr, 2025

İşsiz və işaxtaran şəxslər üçün layihə


  • Dərc edildi: 4 Sentyabr, 2025 - 13:00
İşsiz və işaxtaran şəxslər üçün layihə

“İş klubu 27” layihəsinə qeydiyyat başlayıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən icra olunan “İş klubu 27” layihəsinə qeydiyyat başlayıb.

 

Layihəyə məzunlar, işsiz və işaxtaran şəxslər müraciət edə bilərlər. İştirakçılar 2 həftə müddətində müxtəlif mövzularda təlimlərə cəlb olunacaqlar.

 

Layihədə iştirak üçün müraciət formasını dolduraraq qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt vasitəsilə əlaqə saxlanacaq.

 

Son müraciət tarixi: 10 sentyabr 2025-ci il

 

Layihənin başlama tarixi: 17 sentyabr 2025-ci il

 

Qeydiyyat: https://survey.sosial.gov.az/index.php/157593?lang=az

 

Qeyd edək ki, "İş klubu” layihəsinin əsas məqsədi işsiz və işaxtaran şəxslərin iş axtarışı prosesinə dəstək göstərilməsi, əmək bazarının mövcud imkanları və trendləri barədə məlumatlandırılmasıdır. Əgər sən də işsizsənsə və iş axtarışı ilə bağlı müxtəlif bacarıqlar və təcrübələr öyrənmək niyyətindəsənsə, bu layihə məhz sənin üçündür!

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1125
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8129
Sumqayıt Dövlət Univ...