TƏBİB Maliyyə şöbəsinin müdiri vəzifəsi üzrə vakant yer elan edir

TƏBİB Maliyyə şöbəsinin müdiri vəzifəsi üzrə vakant yer elan edir



 Mövcud iş yeri:

Lökbatan Tibb Mərkəzi

 Əməkhaqqı:

Əməkhaqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
 



Tələb olunan bilik, təcrübə və bacarıqlar:



 Ali təhsil (maliyyə və iqtisadiyyat)
Sahə üzrə minimum 5 il iş təcrübəsi
Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
Dil bilikləri: İngilis və rus-dili (arzuolunan) 
Sertifikat: PMS (Peşəkar Mühasib Sertifikatı) – zəruri
 



Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər: 



Komandada işləmə;
Məsuliyyətlilik
Nəticəyönümlülük;
İntizamlılıq


İşin təsviri:



Maliyyə və əmək ehtiyatlarından qənaətlə istifadə edilməsinə nəzarət;
Müəssisənin maliyyə fəaliyyətinin təşkilində iştirak;
Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əməkhaqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət;
Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinə nəzarət edilməsi; 
Pul vəsaitlərinin vaxtlı-vaxtında daxil olmasına nəzarət edilməsi, kreditorların vaxtında ödənilməsini təmin edilməsi, kreditlərin cəlb edilməsi və vaxtında ödənilməsinin təmin olunmasına nəzarət;
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarətin edilməsi;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarətin edilməsi;
Tibb müəssisəsinin illik maliyyə hesabatlarının tərtibi edilməsinə nəzarət;
Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, muhasibat uçotu hesablarında onların hərəkətinin qeyd edilməsinin təşkili;
Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
Tibb müəssisəsinin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin edilməsi;
Tabeçiliyində olan işçilərin maliyyə şöbəsinin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrinin təmin edilməsi;

Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına və vaxtında təqdim edilməsinə nəzarət.
 



 Müraciət qaydası:



 Vakansiyaya son müraciət tarixi: 16.03.2025
 CV-lər [email protected] ünvanına göndərilməlidir;
 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Lökbatan Tibb Mərkəzi–Maliyyə şöbəsinin müdiri” yazaraq göndərmələri xahiş olunur.

 Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az