Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) İnformasiya texnologiyaları və innovativ həllər departamentində çalışmaq üçün data analitik, operativ əməliyyatların monitorinqi və izlənməsi üzrə mütəxəssis, biznes analitikası üzrə mütəxəssis, aparıcı proqramçı, baş proqramçı, proqramçı və informasiya texnologiyaları infrastrukturu üzrə texnik vəzifələrinə peşəkar kadrları işə dəvət edir. İşə qəbul olmaq istəyən şəxslərə dair tələblər aşağıdakılardır:
Data analitik üçün tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Yüksək kommunikasiya və təqdimat bacarığı;
- Biznes yönümlü düşünmə və problemlərin həllinə kreativ yanaşma bacarığı;
- Microsoft Office, Microsoft Excel, Microsoft Power BI, Tableau proqramlarını, SQL və Python proqram dillərini bilmək. SPSS proqramını bilmək arzuolunandır.
Operativ əməliyyatların monitorinqi və izlənməsi üzrə mütəxəssis üçün tələblər:
- Ali təhsil;
- Yüksək kommunikasiya və təqdimat bacarığı;
- Biznes yönümlü düşünmə və problemlərin həllinə kreativ yanaşma bacarığı;
- İngilis dili (minimum texniki səviyyədə danışıq);
- Zabbix software, Digital evidence management solution-DEMS ShehllEye, SolarWinds SAM, SolarWinds DPA, ADAudit Pro, Grafana, Youtrack task managment system və Tableau proqramlarını bilmək.
Biznes analitiki üzrə mütəxəssis üçün tələblər:
- Minimum 3 il iş təcrübəsi;
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
- İT analitik, biznes analitik və ya oxşar sahədə iş təcrübəsi;
- Komandada işləmək, individual qərarlar verə bilmək;
- Biznes və texnologiyanın tələblərini anlamaq;
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak təcrübəsi;
- Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər;
- Agile və SCRUM haqqında biliklər;
- Rus və ingilis dillərində yazmaq və danışmaq bacarığı;
- SQL, PL/SQL üzrə biliklər;
- Draw.io, Visio və Figma proqram təminatlarını yüksək səviyyədə bilmək;
- Problemləri həll etmək bacarığı və analitik təfəkkür.
Aparıcı proqramçı üçün tələblər:
- Minimum 3 il iş təcrübəsi;
- ASP.NET MVC, .NET Core, Ajax, Soap, Rest və JavaScript, jQuery, Angular, React, Bootstrap, CSS, HTML proqramlarını, obyektyönlü proqramlaşdırma prinsiplərini, eləcə də Desing Pattern və Automated Testingi bilmək;
- Məlumat bazaları, Oracle və SQL sorğuları üzrə biliklər;
- Git və TFS ilə işləmə bacarıqları.
Baş proqramçı üçün tələblər:
- Minimum 4 il iş təcrübəsi;
- ASP.NET MVC, .NET Core, Ajax, Soap, Rest və JavaScript, jQuery, Angular, React, Bootstrap, CSS, HTML proqramlarını, obyektyönlü proqramlaşdırma prinsiplərini, eləcə də Desing Pattern və Automated Testingi bilmək;.
- Məlumat bazaları, Oracle və SQL sorğuları üzrə biliklər;
- Git və TFS ilə işləmə bacarıqları.
Proqramçı üçün tələblər:
- Minimum 2 il iş təcrübəsi;
- ASP.NET MVC, .NET Core, Ajax, Soap, Rest və JavaScript, jQuery, Angular, React, Bootstrap, CSS, HTML proqramlarını, obyekt yönlü proqramlaşdırma prinsiplərini, eləcə də Desing Pattern və Automated Testingi bilmək;.
- Məlumat bazaları, Oracle və SQL sorğuları üzrə biliklər;
- Git və TFS ilə işləmə bacarıqları.
İnformasiya texnologiyaları infrastrukturu üzrə texnik üçün tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
- Ümumi İT helpdesk biliklərinə sahib olmaq;
- Korporativ şəbəkənin iş prinsipləri və LAN/WAN, VPN texnologiyaları üzrə biliklər;
- Kabelləşmə standartlarını bilmək;
- Microsoft Windows əməliyyat sisteminin və üzərində istifadə edilən proqram təminatının qurulması;
- Regionlara ezam edilmə şərti;
Tələblərə cavab verən namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə müvafiq vəzifənin adını yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər. CV-lər təhlil edildikdən sonra namizədlərlə əlaqə saxlanılacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur