Bazar ertəsi, 12 May, 2025

Marketinq Mütəxəssisi vakansiyası


  • Dərc edildi: 22 Yanvar, 2024 - 21:39
Marketinq Mütəxəssisi vakansiyası

Marketinq Mütəxəssisi Axtarılır!


İş Haqqında Məlumat
• İllik marketinq planını hazırlayır və ona uyğun işlərini qurur;
• Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.
• Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil edir;
• Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
• Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
• Müştəri bazasını genişləndirir;
• Şirkət bloqunun moderasiyasını aparır;
• Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;
• Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edir;
• İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;
• Müştərilərdən gələn sorğuları cavablandırır;
• Tizer və banner şəbəkələri ilə iş aparır;
• Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
• Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
• İstifadə olunan saytların effektivliyini təhlil edir;
• Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;
• Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll edir.

NAMİZƏDLƏR AŞAĞIDAKI TƏLƏBLƏRƏ CAVAB VERMƏLİDİRLƏR:
• İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil; 
• Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsinə xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;
• Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
• SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq
• Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;
• MS Office (Word, Excel) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
• Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
• Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.
İş Şəraiti
İş yeri: Bakı şəhəri,Nəsimi rayonu,Ceyhun Hacıbəyli,71.(Azərbaycan Universiteti)
İş saatı: 1-5-ci günlər 09:00-18:00
Əmək haqqı: 1200-1500 azn

Tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini (CV-yə şəkil əlavə etmək mütləqdir) [email protected] e-ünvanına təqdim etsinlər. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Marketinq üzrə Mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri”nin finalı keçirilib
12 May, 2025 - 09:20 19
“Pedaqoji Universite...
I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 332
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 761
BANM-da “Açıq qapı” ...