Cümə axşamı, 21 Avqust, 2025

Valideyn İnkişaf Platforması (VİP) layihəsinə start verilir


  • Dərc edildi: 10 Aprel, 2023 - 18:38
Valideyn İnkişaf Platforması (VİP) layihəsinə start verilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentiyinin Mərkəzi Karyera filialı tərəfindən yeni layihəyə - Valideyn İnkişaf Platforması (VİP) layihəsinə start verilib.

Layihənin məqsədi şagirdlərin ixtisas seçimi zamanı valideynləri ilə daha uğurlu ünsiyyət qurmalarını təmin etmək, onların müasir əmək bazarının tələbləri barədə məlumatlandırılması, öz maraq və meyillərinə uyğun sahələrə yönləndirilməsinə dəstək olmaqdır.

Valideyn İnkişaf Platformasına (VİP) qoşulmaqla valideynlər peşəkar spiker və təlimçilərdən dolğun məlumatlar əldə edəcək, əhatə dairələrini genişləndirəcək, tapşırıqlar üzərində işləyəcək və mentor dəstəyindən faydalana biləcəklər. Layihə başa çatdıqdan sonra 1 ay ərzində də valideynlərə mentor dəstəyinin göstərilməsi davam edəcək.

Layihə tamamilə ödənişsizdir. Onlayn formatda baş tutacaq platformaya seçilmiş pilot rayonlardan - Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən öyrəndiklərini öyrətməyə həvəsli, 6-cı sinifdən yuxarı yaşda övladı olan valideynlər müraciət edə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/UD6LcXkz6fevVyiY6

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 210
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7132
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1853
Azərbaycan Texnologi...