reklam

“Könüllülər üçün insan resurslarının idarəedilməsi üzrə baza təlimləri” layihəsi

“Könüllülər üçün insan resurslarının idarəedilməsi üzrə baza təlimləri” layihəsinə start verilir! 🤩

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan İnsan Resursları Assosiasiyasının tərəfadaşlığı ilə baş tutacaq.

2 ay müddətində davam edəcək layihənin əsas məqsədi gənclər arasında insan resurslarının əsas funksiyalarını, mahiyyətini aşılamaq, iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalını inkişaf etdirməkdir.

Layihə müddətində iştirakçılar üçün 4 modul üzrə praktiki təlimlər təşkil olunacaq:

 “İnsan resurslarının idarə edilməsi”
 “İşə  qəbul və seçim mərhələləri”

 “Əmək məcəlləsi və kadr kargüzarlığı”
 “Əmək haqqının hesablanması”

Qeyd edək ki, layihədə 16-25 yaş aralığında qeydiyyatdan keçmiş, ali təhsilli və bu sahədə karyera qurmaq istəyən 30 gənc iştirak hüququ qazanacaq.


Son müraciət tarixi: 20.04.2023

Layihəyə müraciət: https://bit.ly/41hYBIj

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az