“İşə qəbul üzrə mütəxəssis” vakansiyası

“İşə qəbul üzrə mütəxəssis” vakansiyası

 

İş yeri: ATS Food

İş məkanı: Sumqayıt ş.

Müraciətin son günü: 15 Dekabr 2023-cü il

 

Tələblər:

Təhsil səviyyəsi: Ali təhsil (İnsan Resursları, Humanitar, İqtisadi )

İş təcrübəsi: İşə qəbul üzrə 2-4 il iş təcrübəsi

Kompüter biliyi: MS Office, ERP proqramları

Digər: Sahə üzrə sertifikatların olması üstünlükdür.

 

Vəzifədən gözləntilər:

  • Açıq vakansiyaları təhlil etmək, elanları şirkət daxili və xarici müxtəlif saytlarda, sosial şəbəkədə yerləşdirmək, işədüzəltmə şirkətləri ilə əlaqə saxlamaq;
  • İşçi tələblərinə əsasən müvafiq elanları hazırlamaq;
  • İşə qəbul funksiyası üçün istifadə olunan sosial şəbəkə hesablarını idarəetmək;
  • İşə qəbul kanallarının idarəolunması və müasir metodların tətbiqini həyata keçirmək;
  • Vakansiyalara uyğun namizədlərin seçim, müsahibə və yerləşdirmə proseslərini həyata keçirmək;
  • Müxtəlif resurslar üzrə daxil olmuş CV-lərin incələnməsini və müsahibəyə dəvət edilməsini həyata keçirmək;
  • Vakansiyalara uyğun namizədlərin ilkin müsahibələrini və test imtahanlarını təşkil etmək;
  • Strukturlar tərəfindən təklif olunan vəzifə dəyişikliklərinin vəzifə dəyişikliyi proseduruna uyğunluğunun təşkil etmək;
  • İşə qəbul test bazasının yenilənməsini icra etmək;
  • Test imtahanı mütləq olan vəzifələr olan namizədlərin test imtahanı keçirilməsini təmin etmək;
  • Daxil olan CV-lərin arxivləşdirilməsini icra etmək;
  • Həftəlik vakansiyalar barədə məlumatları müvafiq qaydada hazırlamaq və birbaşa rəhbərə göndərmək;
  • İşçilərin sayı və hərəkəti barədə aylıq hesabatları hazırlamaq;
  • Vakansiyalara müraciət edən namizədlərin elektron siyahısını daim yeni saxlamaq;
  • Müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək;
  • “Açıq qapı”-nın təşkil edilməsi və prosedur üzrə izlənilməsi
  • Birbaşa rəhbərin işçinin əmək fəaliyyəti üzrə tapşırdığı digər işləri görmək.

 

İş şəraiti:

Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun (ştat cədvəli aralığına münasib) 

İş rejimi: 5 gün (həftəiçi)

Servis: Təmin edilir

Nahar: Təmin edilir

Korporativ nömrə və danışıq limiti: Təmin edilir

Tibbi sığorta

 


Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı "İşə qəbul üzrə mütəxəssis" qeyd olunmaqla göndərə bilərlər.

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az