Cümə axşamı, 21 Avqust, 2025

Sənədlərlə və arxivlə iş sektorunun böyük məsləhətçisi vakansiyası


  • Dərc edildi: 30 Noyabr, 2023 - 12:45
Sənədlərlə və arxivlə iş sektorunun böyük məsləhətçisi vakansiyası

“İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

Sənədlərlə və arxivlə iş sektorunun böyük məsləhətçisi

Vəzifə öhdəlikləri:

• Arxivdə müəyyən fəaliyyət sahəsinə aid sənədlərin mühafizəsi, uçotu, komplektləşdirilməsi, dəyərinin ekspertizası, istifadə olunması;

• Elmi-məlumat aparatının yaradılması və təkmilləşdirilməsi işlərinin icrası;

• Sənədlərin texniki cəhətdən işlənməsi, onların mövcudluğu və vəziyyətinin yoxlanılması;

• Sənədlərin dezinfeksiyasında iştirak;

• Sənədlərin təsviri, siyahıların təkmilləşdirilməsi, sənədlərin kataloqlaşdırılması məqsədilə siyahılardakı işlərin sərlövhələri üzrə kartoçkaların tərtibi;

• Arxivlərin şəxsi mənşəli sənədlərlə komplektləşdirilməsi, sənədlərin dəyərinin ekspertizasının həyata keçiririlməsi;

• İdarə arxivlərinə nəzarət işlərinin açılması və aparılmasının həyata keçirilməsi, tematik və sosial-hüquq xarakterli sorğuların icrası.

Tələblər:

• Təhsil: Ali

• İş təcrübəsi: müvafiq sahə üzrə 5 ildən az olmayaraq.

• Kompüter bilikləri: Excel, Word, Power Point, Outlook proqramlarından mükəmməl istifadə.

• Dil bilikləri: Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət.

Əmək şəraiti:

• Həftə içi 5 gün, saat 9:00-18:00

• İş yeri: arxiv otağı

Maraqlanan və elanın tələblərinə uyğun gələn namizədlərdən CV-lərini [email protected] elektron ünvanına 10 dekabr 2023-cü il tarixinədək göndərmələri xahiş olunur. Məktubun mövzu hissəsinə “Sənədlərlə və arxivlə iş sektorunun böyük məsləhətçisi” qeyd edilməyən müraciətlərə baxılmayacaqdır. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 260
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 57
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7155
Sumqayıt Dövlət Univ...