Cümə axşamı, 21 Avqust, 2025

Risklərin İdarə Edilməsi Departamentində Monitorinq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 30 Noyabr, 2023 - 15:09
Risklərin İdarə Edilməsi Departamentində Monitorinq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya

 

“Bank Respublika” ASC Risklərin İdarə Edilməsi Departamentində Monitorinq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Filialların kredit portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
  • Filiallarda verilmiş kreditləri monitorinq etmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək; 
  • Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
  • Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və Ingilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti; 

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə); 
  • Risk sahəsi üzrə sertifikatların olması üstünlükdür;
  • Təcrübə: Bankda biznes və istehlak kreditləri üzrə minimum 1 illik iş təcrübəsi; 
  • Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 dekabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Monitorinq şöbəsinin mütəxəssisi qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 251
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 55
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7153
Sumqayıt Dövlət Univ...