reklam

Necə Etik Haker və Kibertəhlükəsizlik Mütəxəssisi Ola bilərsən?

Necə Etik Haker və Kibertəhlükəsizlik Mütəxəssisi Ola bilərsən?

 

Kibertəhlükəsizlik sahəsi sürətlə böyüyən və gələcəyi parlaq olan peşələrdən biridir. 

Texnologiyanın inkişafı ilə yanaşı, kibercinayətlər də artmaqdadır, bu da şirkətləri və fərdləri qorumaq üçün yerli bacarıqlı mütəxəssislərə ehtiyac yaradır. Kibertəhlükəsizlik mütəxəssisi və etik haker necə ola bilərsiniz?

  1. Təhsilinizi gücləndirin: İnformasiya texnologiyaları, kompüter elmləri və ya kibertəhlükəsizlik üzrə təhsil almaq bu sahəyə girmək üçün əla başlanğıcdır. Bu sahələr üzrə alınan biliklər sizin üçün möhkəm bir təməl yaradacaq.
  2. Biliklərinizi sertifikatlarla təsdiqləyin: CEH (Certified Ethical Hacker), CISSP (Certified Information Systems Security Professional) və ya CompTIA Security+ kimi beynəlxalq səviyyədə tanınan sertifikatlar əldə etmək bu sahədə sizi rəqabətə hazır edəcək və iş imkanlarını artıracaq.
  3. Təcrübə qazanmaq: Praktiki təcrübə bu sahədə çox önəmlidir. Virtual laboratoriyalarda çalışmaq, real dünyada etik hakerlik çalışmalarına qatılmaq və ya kibertəhlükəsizlik üzrə layihələrdə iştirak etmək biliklərinizi möhkəmləndirəcək.
  4. Müasir texnologiyalar və trendlərlə tanış olun: Kibertəhlükəsizlik sahəsi sürətlə dəyişir, ona görə də, ən son texnologiyalar və kiberhücum taktikaları haqqında məlumatlı olmaq vacibdir.
  5. Netvörkinqinizi genişləndirin: Kibertəhlükəsizlik sahəsində mütəxəssislərlə əlaqələr qurmaq və peşəkar icmalara qoşulmaq da vacibdir. Konfranslar, seminarlar və vebinarlar vasitəsilə bu sahədə tanınan şəxslərlə tanış olmaq, iş imkanlarına və faydalı əlaqələrə çıxışınızı artıracaq.

Kibertəhlükəsizlik sahəsinə marağınız varsa və ilk addımlarınızı atmaq istəyirsinizsə, Alas Academy-nin təşkil etdiyi infosessiya tam sizə görədir!

Bu sahəyə ilk addımlarını atmaq və gələcək perspektivləri ilə bağlı məlumat almaq istəyən hər kəs qatıla bilər. 

 Tədbirin spikeri Türkiyədə fəaliyyət göstərən CASPISEC şirkətinin rəhbəri və Alas Academy-nin Kibertəhlükəsizlik və Etik Hakerlik üzrə instruktoru İsmayıl Təhməzov olacaq. Qeyd edək ki, İsmayıl bəy limitli müddətdə məhz bu tədbir üçün Bakıdadır. 

 Tədbir fiziki olaraq Alas Academy-nin ofisində keçiriləcək.

ÖDƏNİŞSİZ

 Tarix: 28 Avqust
 Saat: 19:00
 Ünvan: Alas Academy, AF Business House, 3-cü mərtəbə

Yerlər məhdud olduğundan ilk qeydiyyatdan keçənlər arasından seçim aparılacaq. 

Qeydiyyatdan keç: https://cutt.ly/ienRulUQ


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az