Data Analitika karyerasında beynəlxalq sertifikatların əhəmiyyəti

Data Analitika karyerasında beynəlxalq sertifikatların əhəmiyyəti 

 

Data Analitika: Gələcəyin peşəsinə ilk addımınızı atın! 

Müasir dövrdə məlumatların doğru analizi və idarə olunması hər bir şirkətin uğur qazanmasında həlledici rol oynayır. Data analitika sahəsi isə bu ehtiyacı ödəmək üçün ən sürətlə böyüyən və tələbatı yüksək olan peşələrdən biridir. Siz də bu sahədə özünüzü inkişaf etdirmək və karyeranıza güclü bir start vermək istəyirsinizsə, Alas Academy-də təşkil olunan tədbir tam yerinə düşüb!

Bu tədbirə qatılaraq aşağıdakı suallara cavab tapa bilərsiniz:

 Data Analitik SQL öyrənməlidirmi? - SQL bilikləri data analitika sahəsində necə istifadə olunur və bu bacarığa nə dərəcədə ehtiyac var? 

 Data Analitika karyerasında beynəlxalq sertifikatların rolu - Sertifikatlar karyera inkişafınıza necə təsir edir və hansı beynəlxalq sertifikatlar bu sahədə sizə üstünlük qazandırır? 

 MOS Excel Expert, Oracle Certified Associate, Oracle Database SQL Certified Associate kimi sertifikatları necə əldə edə bilərsiniz? - Bu sertifikatları əldə etmək üçün hansı addımlar atılmalıdır və onların praktiki əhəmiyyəti nədir? 

 Beynəlxalq sertifikatların iş tapmağa təsiri - İşəgötürənlərin hansı beynəlxalq sertifikatlara diqqət etdiklərini öyrənin.

Tədbirdə təcrübəli spikerlər, Şamil Quliyev (Data Analitik, Bank of Baku) və Seymur Kazımov (SAP Analyst, Veyseloglu Group), sizi bu maraqlı dünyaya yönəltmək və suallarınızı cavablandırmaq üçün sizinlə olacaqlar.

ÖDƏNİŞSİZ

 Tarix: 26 Avqust
 Saat: 19:00
 Məkan: Alas Academy, AF Business House, 3-cü mərtəbə

Data analitika sahəsində bilik və bacarıqlarınızı artırmaq, həmçinin gələcəyin karyerasına ilk addımınızı atmaq üçün bu fürsəti qaçırmayın! 

Qeydiyyat üçün keçid: https://cutt.ly/lenEdxdf 

❗️Yerlər limitli olduğundan ilk qeydiyyatdan keçənlər seçiləcək. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az