Çərşənbə axşamı, 26 Avqust, 2025

Verilənlər Bazasının Administrasiyası şöbəsinə aparıcı mütəxəssisi (DBA) vakansiyası


  • Dərc edildi: 9 Dekabr, 2023 - 21:43
Verilənlər Bazasının Administrasiyası şöbəsinə aparıcı mütəxəssisi (DBA) vakansiyası

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində Verilənlər Bazasının Administrasiyası şöbəsinə aparıcı mütəxəssis (DBA) vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
  • Yeni proqramların yaradılması.

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • VB (Oracle/Postgres) administrasiyası üzrə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (orta);
  • PL/SQL və PL/pgSQL vasitəsi ilə SQL-sorğuların yazılması, prosedur və paketlərin yaradılması bacarığı;
  • Oracle/PostgreSQL məlumat bazalarının inkişafı və dəstəklənməsi;
  • Verilən bazalarının daxilində mövcud olan proqramlardan istifadə etmə bacarığı; (Backup/restore,export/import və s.) 
  • Bütün məlumat bazalarının 24/7 rejimində işləkliyini təmin etmək;
  • Daxili serverlər üçün məlumat bazalarını təmin etmək;
  • Proseslərin avtomatlaşdırılması üçün SQL sorğuların yazılması;
  • Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Verilənlər Bazasının Administrasiyası şöbəsinə aparıcı mütəxəssis (DBA) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə namizədliyinizə baxılmaya bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 606
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 119
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7456
Sumqayıt Dövlət Univ...