“Baş məhsul meneceri/mütəxəssisi” vakansiyası

"AZ Smart" şirkəti olaraq “Baş məhsul meneceri/mütəxəssisi” vakansiyalarına namizədlər axtarırıq.



Vəzifə öhdəlikləri:


• Şirkəti maraqlı tərəflər və müştərilər qarşısında təmsil etmək;
• Əsas məqsəd və nəticələrin, strategiyaların hazırlanması və məhsul ilə bağlı məlumatlarının biznes qərarlarının verilməsinə tətbiq edilməsi;
• Məhsulla bağlı problemlərin həlli, qərarların qəbulu və son tarixlərdə icrasını qarşılayaraq tam analizini həyata keçirmək;
• Tərtibatçılar üçün məhsul xüsusiyyətlərinin müvafiq və təfərrüatlı təsvirlərinin hazırlanması;
• Biznes/Sistem analitik və məhsul dizayn komandası ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs göstərmək və icrasına nəzarət etmək;
• POS-terminal və Nəzarət-Kassa Aparatı idarə sistemlərinin idarə olunması, dəstəyi, monitorinqi və daimi təkmilləşdirilməsi;
• İnteqrasiya layihələri üzrə texniki dəstəyin təmin edilməsi;
• Müxtəlif tərəfdaşlarla və dəstəkçi şirkətlərlə əməkdaşlıq edilməsi;
• Müvafiq təqdimatların, təlimatların və hesabatların hazırlanması.
 


Namizədə tələblər:


• Ali təhsil;
• İnformasiya texnologiyaları sahəsində azı 2 il iş təcrübəsi;
• POS-terminal və Nəzarət-Kassa Aparatı üzrə iş təcrübəsi;
• Ödəniş sistemlərinin iş prinsipini dərindən anlamaq;
• Proqram təminatının inkişafının həyat dövrü (SDLC) və Proqram təminatının sınaqdan keçirilməsinin həyat dövrü (STLC) üzrə biliklər;
• Məqsədləri təyin etmək və prioritetləşdirmək bacarığı;
• Analitik düşünmə və problem həll etmə bacarığı;
• Davamlı öyrənmə və inkişafa yönümlülük;
• Komanda ilə işləmək bacarığı;
• Texniki həlləri qavramaq və qiymətləndirmək bacarığına malik olmaq, müasir web arxitektura anlayışlarını başa düşmək (Mikroservislər, API və s. kimi);
• Postman, XML, JSON və SQL üzrə texniki biliklər;
• Jira Core/SM/Confluence, MS Ofis/Visio/Project və Figma kimi alətlərdən istifadə təcrübəsi;
• Xarici dil səviyyəsi: İngilis və Rus dili– B2.



Əlavə məlumatlar:


• İş qrafiki: 5 günlük iş həftəsi
• İş vaxtı: 09:00 – 18:00

Son müraciət tarixi: 28.02.2025. Maraqlananlar CV-lərini “Baş məhsul meneceri” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az