Cümə, 22 Avqust, 2025

“Ecopreneurship: Dayanıqlı Gələcək üçün Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinə qeydiyyat başladı


  • Dərc edildi: 4 Sentyabr, 2024 - 00:48
“Ecopreneurship: Dayanıqlı Gələcək üçün Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinə qeydiyyat başladı

“Ecopreneurship: Dayanıqlı Gələcək üçün Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinə qeydiyyat başladı

 

Sənin də ekoloji sahibkarlıq ideyan var, lakin haradan başlayacağını bilmirsən? Elə isə, bu layihəmiz sənin üçündür!

Belə ki, “Ecopreneurship: Dayanıqlı Gələcək üçün Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəmiz ilə sən də yerli ekoloji problemlərin həllinə yönəlmiş dayanıqlı sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək şansı əldə edə bilərsən.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbə Təşkilatının təşkilatçılığı ilə həyata keçiriləcək layihənin məqsədi region gənclərinin sahibkarlıq bacarıqlarını inkişaf etdirmələrinə imkan yaratmaq və onları müasir dayanıqlı inkişaf və sahibkarlıq trendləri ilə tanış etməkdir.

Ümumilikdə 3 mərhələdən ibarət olacaq layihənin ilkin mərhələsində iştirakçılar təlim proqramına cəlb olunacaq, ikinci mərhələdə komandalara bölünmüş gənclər ehtiyaclarına uyğun ənənəvi və onlayn mentorluq sessiyalarına qoşulacaq, sonuncu mərhələ isə iştirakçıların ideyalarını təqdim edəcəkləri bağlanış mərasimi ilə yekunlaşacaqdır.

Layihə barədə ətraflı məlumat və qeydiyyat üçün linkə keçid edin:
 

Qeydiyyat üçün son tarix: 20.09.2024

Müraciət et

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 274
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 63
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7164
Sumqayıt Dövlət Univ...