Cümə, 22 Avqust, 2025

Rəqəmsal Marketinq Mütəxəssisi vakansiyası


  • Dərc edildi: 4 Sentyabr, 2024 - 00:43
Rəqəmsal Marketinq Mütəxəssisi vakansiyası

Rəqəmsal Marketinq Mütəxəssisi vakansiyası

 

Vəzifə: Junior Digital Marketing Manager
Şirkət: Bizim Lab 

İşin təsviri: 
Bizimlə biznes dünyasının dinamik və sürətlə inkişaf edən sahəsində karyeranızı formalaşdırmağa nə deyirsiniz? "Bizim Lab" şirkəti rəqəmsal marketinq mövzusunda istedadlı və həvəsli kiçik Rəqəmsal Marketinq Mütəxəssisi axtarır. Bu rolda siz sosial medianın idarə edilməsi, məzmunun yaradılması, marketinq kampaniyalarının koordinasiyası və performans təhlili kimi vəzifələri yerinə yetirəcəksiniz.

Öhdəliklər:
1. Sosial media platformalarında gündəlik məzmunun planlaşdırılması və paylaşılması.
2. İzləyicilərin sayını artırmaq üçün strategiyaların hazırlanması.
3. Google Ads və Facebook Ads kimi platformalarda reklam kampaniyaları yaratmaq və idarə etmək.
4. Marketinq kampaniyalarının nəticələrinin təhlili və hesabatların hazırlanması.
5. SEO və SEM optimallaşdırmaları edərək veb trafiki artırmaq.
6. Video məzmunun redaktəsinə və marketinq materiallarının dizayn proseslərinə dəstək.
7. Potensial və mövcud müştərilər üçün effektiv marketinq təkliflərinin hazırlanması.

Tələblər:
1. Rəqəmsal marketinq və sosial media idarəçiliyi sahəsində ən azı 1 il iş təcrübəsi.
2. Google Analytics, AdWords, Facebook Insights kimi alətlərdə işləmə bacarığı.
3. Yüksək araşdırma bacarığının olması.
4. Analitik düşünmə qabiliyyəti və yaradıcılıq.
5. Komandada işləmək bacarığı və vaxtı idarə etmək bacarığı.
6. Xarici dil biliyi (üstünlükdür)

İş müddəti: Həftəiçi 5 gün, saat 10:00-17:00
Ünvan: City Point Biznes Mərkəzi 

Müraciət etmək istəyənlər CV-lərini maaş gözləntilərilə birlikdə [email protected] ünvanına göndərsinlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 276
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 63
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7169
Sumqayıt Dövlət Univ...