Cümə axşamı, 3 İyul, 2025

Kredit Yoxlanışı üzrə İşçi (Sumqayıt filialı) vakanansiyası


  • Dərc edildi: 23 Yanvar, 2024 - 20:36
Kredit Yoxlanışı üzrə İşçi (Sumqayıt filialı) vakanansiyası

Təsvir

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Sumqayıt  filialı üçün

KREDİT YOXLANIŞI üzrə İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.

 

Son müraciət tarixi: 06.02.2024

 

Rol haqqında

Kredit Yoxlanışı üzrə İşçi, birbaşa rəhbərinin dəstəyi və nəzarətilə müştəri biznes və yaşayış ünvanına səfər edərək, təsdiq üçün təqdim olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd edilmiş məlumatların kreditvermədən öncə yoxlanışı üçün cavabdehdir.  

 

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Kreditin verilməsinin məqsədəuyğunluğunu müəyyən etmək məqsədilə kredit üçün müraciət edən müştərinin biznes, təsərrüfat, maliyyə və kredit vəziyyətini yoxlamaq və Kredit təsdiq qrupunu aidiyyatı üzrə məlumatlandırmaq;
  • Ev və biznes ünvanlarını və digər məlumatları yoxlamaqla borcalanın və zaminin, həmçinin onların bizneslərinin/təsərrüfatlarının həqiqətən də mövcud olduğundan əmin olmaq;
  • Kredit veriləcəyi halda müştərinin krediti təyinatı üzrə istifadəetmə imkan və ehtimallarının uyğunluğunu yoxlamaq;
  • Yoxlanışlar zamanı hər hansı ciddi uyğunsuzluq aşkar etdikdə, birbaşa rəhbərini dərhal məlumatlandırmaq;

 

Tələblər

amizəddən gözləntilərimiz

  • Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili
  • İş Təcrübəsi: Bank olmayan kredit təşkilatları və ya Bank sahəsində ən azı 6 aylıq iş təcrübəsi; o cümlədən, kreditlərə nəzarət, biznes və təsərrüfat kreditlərinin verilməsi sahələrində təcrübə arzuolunandır;
  • MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
  • Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı;
  • Müşahidəçilik və fikirlərini ümumiləşdirmə, analiz və qərarvermə bacarıqları;
  • Dil Bilikləri: Səlis Azərbaycan dili bilikləri, müşahidələrini və fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları;

 

Texniki tələblər

  • Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması; 

Müraciət et

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 138
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 64
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 249
Məktəbəhazırlıq qrup...