Çərşənbə axşamı, 15 İyul, 2025

Risklərin İdarə Edilməsi Departamentində Monitorinq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 19 Oktyabr, 2023 - 11:34
Risklərin İdarə Edilməsi Departamentində Monitorinq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya

“Bank Respublika” ASC Risklərin İdarə Edilməsi Departamentində Monitorinq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Filialların kredit portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
  • Filiallarda verilmiş kreditləri monitorinq etmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək; 
  • Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
  • Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və Ingilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti; 

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə); 
  • Risk sahəsi üzrə sertifikatların olması üstünlükdür;
  • Təcrübə: Bankda biznes və istehlak kreditləri üzrə minimum 1 illik iş təcrübəsi; 
  • Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 noyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Monitorinq şöbəsinin mütəxəssisi qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 101
Bu gündən tələbələri...
Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır
14 İyul, 2025 - 21:50 312
Bağçada tərbiyəçi-mü...
Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 4931
Yeni məzunlar üçün I...