3 ölkənin gəncləri arasında “Qarabağ Zəfəri”nə həsr olunmuş müsabiqələr keçiriləcək

3 ölkənin gəncləri arasında “Qarabağ Zəfəri”nə həsr olunmuş müsabiqələr keçiriləcək “Gənclərin Töhfəsi” İctimai Birliyi 01 oktyabr 2021-ci ildən etibarən “Qarabağ Zəfəri”nin ildönümünə həsr olunmuş “Zəfərə doğru addımla” adlı layihənin icrasına başlayır. Layihənin donoru Azərbaycan Respublikasının Gənclər Fondu, tərəfdaşları ilə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Qardabani Gənclər Mərkəzidir. Layihənin məqsədi 44 günlük Vətən savaşında rəşadətli, müzəffər Azərbaycan Ordusunun hərb meydanında yazdığı qəhrəmanlıq dastanlarını yeniyetmə və gənc nəsil arasında təbliğ etməkdən ibarətdir. Layihə çərçivəsində 16-25 yaşlarında Azərbaycan, Türkiyə və Gürcüstan gəncləri arasında rəsm və ya karikatura, videoçarx ssenarisi, fləşmob ssenarisi, esse və gənc jurnalistlər arasında yazı müsabiqələri keçiriləcək. Bu müsabiqələr ölkəmizin digər regionları kimi Naxçıvan Muxtar Respublikasında da təşkil olunacaq. Münsiflər heyəti tərəfindən seçilmiş müsabiqə qalibləri diplomlar və qiymətli hədiyyələrlə təltif olunacaq. Azərbaycan üzrə Bakı və Naxçıvan şəhərlərində, Gürcüstan üzrə Tbilisi şəhərində, Türkiyə üzrə isə 6 bölgədə müsabiqə qaliblərinin əl işlərinin təqdimatı keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən 16-25 yaş arası Azərbaycan, Türkiyə və Gürcüstan gəncləri müsabiqə üzrə əl işlərini şəxsiyyətini təsdiq edən sənədin surətini və əlaqə vasitələrini müvafiq email ünvanlardan birinə göndərə bilər. Azərbaycan – [email protected] Gürcüstan üzrə - [email protected] Türkiyə üzrə - [email protected] Müsabiqənin şərtləri və qaydaları: Müsabiqə qaliblərinin mükafatlandırılması və təqdimatı mərhələli şəkildə Azərbaycan üzrə Bakı və Naxçıvan şəhəri, Gürcüstan Respublikası üzrə Tbilisi şəhəri, Türkiyə Respublikası üzrə 6 bölgədə keçiriləcək.   Mükafatalandırma 01 noyabr – 10 noyabr tarixlərində keçiriləcək.   Müsabiqədə 16-25 yaşlarında yeniyetmə və gənclər iştirak edə bilər.   Rəsm və ya karikatura üzrə : - İşlər ağ, qara və yaxud rəngli ola bilər. - Rəsmlər karandaş və ya boya ilə çəkilə bilər.   Videoçarx ssenarisi üzrə : -Videoçarxın müddəti 3-5 dəqiqədən artıq olmamalıdır; -Müsabiqə iştirakçıları videoçarx janrını seçməkdə sərbəstdir (videoklip, reportaj, müsahibə və s.); -Müsabiqəyə qoşulan iştirakçı yalnız bir videoçarx ssenarisi təqdim edə bilər; Müsabiqədə iştirakçının öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən işlərə üstünlük veriləcək.   Fləşmob ssenarisi üzrə : - Fləşmobun əhatə müddəti 3-5 dəqiqədən artıq olmamalıdır; - İdeya mövzunu əhatə etməlidir; - Müsabiqəyə qoşulan iştirakçı yalnız bir fləşmob ssenarisi təqdim edə bilər; Müsabiqədə iştirakçının duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən işlərə üstünlük veriləcək. Esse üzrə : Esselər 2-5 səhifə həcmində olmalıdır; Times New Roman və ya Arial şriftləri ilə, 14 ölçüdə olmalıdır; Mətnin həcmi 700 sözdən çox olmamalıdır.   Gənc jurnalistlər arasında yazı üzrə : Materialların ümumən mövzunu, nəzərdə tutulan istiqamətləndirici mövzuları dolğun əhatə etmə səviyyəsinə; Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə; Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə; İfadə vasitələrinin zənginliyinə; Oxucu üçün informasiyalılıq dərəcəsinə; Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına. Şərtlər: Yazıların həcmi 1 səhifə (A3), səhifədə soldan - 25 mm, sağdan - 15 mm, yuxarı və aşağıdan - 20 mm boş sahə saxlanılmaqla tam düzləndirmə (Ctrl+J) nizamında (Times New Roman şriftində (12), 9-11 min işarə) sətirarası intervalı 1 vahid olmaqla tərtib olunmalıdır; Yazılar çap və onlayn mediada dərc edilməli və “Qarabağ Zəfəri”nin ildönümünə həsr olunmuş “Zəfərə doğru addımla” layihəsi çərçivəsində keçirilən müsabiqədə iştirak üçün yazıldığı qeyd olunmalıdır; Yazılar orijinal olmalı, yəni ilk dəfə müsabiqə dövründə mediada yayımlanmalıdır; Yazılar Azərbaycan dilində yayımlanmalıdır; Jurnalist araşdırmalarına və innovativ ideya təkliflərinə üstünlük veriləcək. Hər kütləvi informasiya vasitəsindən yalnız bir material qəbul ediləcək. Yazı istənilən KİV-də işıqlandırıla bilər. Müsabiqədə iştirak edən şəxslərin məqalələri çap və ya onlayn mediada 05 oktyabr – 20 oktyabr 2021-ci il tarixlərində yayımlanmalıdır. Əlavə məlumatlar: Müsabiqəyə təqdim olunan məqalənin dərc olunduğu qəzetin nüsxəsinin skan versiyası, yazının elektron variantı və yayımlandığı saytın linki mütləq e-poçt ünvanına göndərilməlidir.   Müsabiqəyə 5 istiqamətdən yalnız bir istiqamət seçilə bilər. Müstəsna hallar olarsa, bu məsələyə təşkilat komitəsi tərəfindən baxıla bilər. Müsabiqəyə daha əvvəl yayımlanmış təkrar işlər təqdim oluna bilməz. Ölkələr üzrə müvafiq e-mail ünvanları: Azərbaycan (Naxçıvan MR-dən də bura göndərə bilərlər) – [email protected] Gürcüstan üzrə - [email protected] Türkiyə üzrə - [email protected]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az