Gəncə SOS Uşaq Kəndi/KQE Sosial Pedaqoq vakansiyası

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası“SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyiGəncə SOS Uşaq Kəndi Kiçik Qrup evi Layihəsinə SOSİAL PEDAQOQvəzifəsinə iş elanı verir. Sosial Pedaqoq ailə əsaslı qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş 7 nəfər 6-12 yaşlı uşaqların yaşaması üçün təhlükəsiz şərait yaradır. Sosial pedaqoq uşaqların gündəlik qayğı ehtiyaclarını qarşılayır və fərdi inkişaflarını dəstəkləyir. PROFİLİNİZ: • 30 yaşdan yuxarı xanım namizədlər; • Pedaqoji sahə üzrə orta ixtisas təhsili (ali təhsil üstünlükdür) • Əlaqədar sahə (müəllim, tərbiyəçi) üzrə minimum 2 il iş təcrübəsi; • Uşaq psixologiyası üzrə bilik; • İlkin tibbi yardım bacarıqları; • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq; • Yüksək kommunikasiya bacarıqları; • Kompüter biliyi (MS Office); • Azərbaycan dili biliyi. Rus dili biliyi arzu olunandır. VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR: • Qayğıda olan hər bir uşağım gündəlik qayğı ehtiyaclarını (qidalanma, lazım gələrsə gündə bir dəfə yemək hazırlama, qayğı gördüyü evin təmizliyi, uşaqların gigiyenası və s.) təmin etmək; • Qayğıda olan hər bir uşaq üçün sağlam və mühafizə olunmuş mühit yaratmaq; • Qayğıda olan uşaqların təhsilinə və fərdi inkişafına dəstək vermək; • Uşaqlar üçün asudə vaxtın təşkili və sosial inteqrasiya fəaliyyətini inkişaf etdirmək; • Hər bir uşağın fərdi inkişaf planı əsasında hərtərəfli inkişaf etməsini təmin etmək; • Hər bir uşağın fərdi inkişaf planının qiymətləndirilməsi prosesində yaxından iştirak etmək; • Layihənin davamlı monitorinqi və qiymətləndirmə prosesində iştirak etmək; • Qayğıda olan hər bir uşağın bioloji ailəsi ilə münasibətlərin saxlanılmasına dəstək göstərmək və tərbiyə prosesində bioloji ailələri əməkdaş kimi qəbul etmək; • Qayğıda olan hər bir uşağın icmanın xidmət vasitələrindən istifadə etməsinə dəstək olmaq (idman dərnəkləri, tibbi müəssisələr, təhsil müəssisələri və s.); • Layihənin iş qrafikinə uyğun olaraq növbəli işləmək; • Növbəli əsaslarla uşaqlarla birgə gecələmək; İŞ ŞƏRTLƏRİ: • Ərazi – Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi (Əhməd Cəmil) 189; • 300-360 AZN (vergilər daxil) əmək haqqı; • Növbəli işləmək (gecələmək şərtilə 24 saatlıq (1 gün) iş, növbəti 72 saat (3 gün) istirahət günü olmaqla); • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı TƏKLİFİMİZ: “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır)25 Oktyabr 2021-ci iltarixədək “Gəncə SOS Uşaq Kəndi/KQE_Sosial Pedaqoq” adlı başlıqla[email protected]e-poçt ünvanına göndərməyinizi xahiş edirik. Əlaqə nömrəsi: 055 227 47 25 Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az