“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası“SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyiGəncə Şəhər filialına Günərzi Qayğı Mərkəzi layihəsinə TƏRBİYƏÇİvəzifəsinə iş elanı verir:
Tərbiyəçi qrupda təlim-tərbiyə prosesini həyata keçirir, uşaqların fərdi qabiliyyət və potensiallarına uyğun hər tərəfli inkişaflarını təmin edir. Tərbiyəçi qrup daxilində uşaqların yüksək keyfiyyətli təhsil və tərbiyə almasını birbaşa həyata keçirir, onların məktəbə hazırlığını təmin edir. Tərbiyəçi məktəbəqədər təhsil sisteminin kurikulum standartlarının həyata keçirilməsi və qrupda tətbiqinə məsuldur.
PROFİLİNİZ:
• Pedaqoji sahə üzrə Ali Təhsil. Məktəbəqədər təhsil sahəsinə üstünlük verilir;
• Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Uşaq psixologiyası üzrə bilik;
• İlkin tibbi yardım bacarıqları;
• Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
• Yüksək kommunikasiya bacarıqları;
• Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq;
• Kompüter biliyi (MS Office);
• Azərbaycan dili biliyi. Rus dili biliyi arzuolunandır.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
• Təlim-tərbiyə prossesində uşaqların fiziki və əqli inkişafını təmin etmək;
• Qrupda inkişafedici mühitin yaradılmasında, dəyişdirilməsində və əyani vəsaitin hazırlanmasında birbaş iştirak etmək;
• Qrupunda olan hər bir uşağın fiziki rifahı, qayğı ilə əhatə olunması və təhlükəsizliyi üçün məsuliyyət daşımaq;
• Uşaqların fərdi xüsusiyyətlərinə uyğun olaraq inkişaf planlarının tərtibində iştirak, həyata keçməsini təmin etmək;
• Proqramda verilən öhdəlikləri yerinə yetirmək;
• Açıq dərslər vermək;
• Xüsusi istedada malik olan uşaqları aşkar etmək və bu haqda valideynlərə məlumat vermək;
• Uşaqların sosiallaşmasını təmin etmək (oyunlar, gəzintilər, bayramların, ad günlərinin təşkili və s.);
• Uşaqların valideynləri ilə sıx əməkdaşlıq etmək və mütəmadi olaraq valideyn iclaslarında iştirak etmək;
• Qrupda sanitar-gigiyena qaydalarına riayət etmək, uşaqların şəxsi gigiyenasına xüsusi diqqət etmək
• Uşaqların soyunub-geyinməsinə, yuyunmasına, yedizdirilməsinə, yatağa salınmasına cavabdeh olmaq;
İŞ ŞƏRTLƏRİ:
• Ərazi – Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi (Əhməd Cəmil) 189;
• 350-400 AZN (vergilər daxil) əmək haqqı;
• Həftədə 2 gün istirahət;
• Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır)25 Oktyabr 2021-ci iltarixədək “Gəncə şəhər Filialı/Tərbiyəçi” adlı başlıqla[email protected]e-poçt ünvanına göndərməyinizi xahiş edirik.
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur