Şənbə, 10 May, 2025

"İnsan Resursları üzrə mütəxəssis" vakansiyası


  • Admin:
  • | Dərc edildi: 2 Yanvar, 2025 - 16:50
"İnsan Resursları üzrə mütəxəssis" vakansiyası

"İnsan Resursları üzrə mütəxəssis" vakansiyası aktivdir. 

"GESCO" ASC olaraq, komandamıza yeni əməkdaş axtarırıq. 



Vəzifə öhdəlikləri:
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu prosesinin icra edilməsi;
- İşə qəbul prosesinə dair sənədlərin hazırlanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması;
- İşçilərə vəzifə təlimatının izah olunması;
- Namizədlərlə müsahibələrin təşkil olunması;
- Gələcək təhlillər üçün müsahibə nəticələrinin sənədləşdirilməsi (qəbul/rədd/gözləmə və s.);
- Əmək müqavilələrinin və tam maddi-məsuliyyət haqqında müqavilələrin bağlanması, əmək müqavilələrinə dəyişiklik edilməsi, əmək müqavilələrinə xitam verilməsi və bütün sadalanan əməliyyatların ƏMAS portalında icra edilməsi;
- Əmrlərin hazırlanması;
- Məktub və sənədlərin vaxtında cavablandırılması;
- ƏMAS portalında struktur, ştat vahidinin yaradılması və ləğv edilməsi;
- Kargüzarlıq işlərinin aparılması (arayışlar, məktublar, etibarnamələr və s.);
- Gündəlik hesabatların hazırlanması.

Namizədə dair tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə magistr təhsili və ya sertifikatlarının olması üstünlükdür);
- Müvafiq sahədə 2 il iş təcrübəsi;
- Əmək qanunvericiliyi haqqında yüksək biliyə malik olmalı;
- MS Office və 1C (8.3) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti, ingilis və rus dillərin olması arzuolunandır;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Yüksək kommunikasiya bacarığı, operativ qərar vermə və analitik düşünmə, təhliletmə qabiliyyətinə sahib olmalı.

Əlavə məlumat:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: I-V günlər 09:00 – 18:00 (şənbə və bazar günləri, bayram günləri və ümumxalq hüzn günü qeyri-iş günləridir);
- Nahar fasiləsi: 13:00 - 14:00; 
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin edilir.
İş yeri: Bakı şəhəri
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 


Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 299
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 713
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 365
Xaricdə təhsil almaq...