Azərbaycan Respublikasının Mərkəzi Bankı Maliyyə savadlılığının gücləndirilməsi, ölkəmiqyaslı rəqəmsal ödənişlər ilə bağlı məlumatlılığın artırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirdir.
Ümumtəhsil məktəblərində Maliyyə savadlılığının ictimai dəyər kimi tanınması, şagirdlərin rəqəmsal ödənişlər ilə bağlı məlumatlılıqlarının artırılması, həmçinin maliyyə məsələləri ilə bağlı düzgün qərarlar vermək vərdişlərinin yaradılması və inkişaf etdirilməsi məqsədilə Mərkəzi Bank “Bankçılıq və rəqəmsal ödənişlər” virtual kursu üzrə 22 sentyabr – 21 oktyabr 2022-ci il tarixlərində müsabiqə elan edir.
Kurs Mərkəzi Bankın iqtisadi maarifləndirmə məqsədilə yaratdığı Virtual Təhsil Platformasında təqdim edilmişdir (https://edu.e-cbar.az/course/view.php?id=131).
Müsabiqənin nəticələri 27 oktyabr 2022-ci ildə elan ediləcəkdir.
Müsabiqənin şərtləri:
Virtual kurs müsabiqəsində iştirak üçün şagirdlər Mərkəzi Bankın Virtual Təhsil Platformasında (https://edu.e-cbar.az) “Bankçılıq və rəqəmsal ödənişlər” kursundan qeydiyyatdan keçməlidirlər. Şagirdlər qeyd olunan kursu bitirdikdən sonra onların valideyni və ya müəllimi ən geci 14 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzi Bankın Maliyyə savadlılığı şöbəsinin əməkdaşları ilə test gününü, saatını və formasını (onlayn və ya ənənəvi) razılaşdırmalıdırlar. Qeydiyyat prosesi haqqında ətraflı məlumatı bu link vasitəsilə ala bilərsiniz:
https://www.youtube.com/watch?v=0iNZkyQ0Q7M
Testdə onlayn iştirak etmək istəyən şagirdlər evlərindən və ya məktəblərindən onlara göndərilən linkə qoşularaq Mərkəzi Bankın əməkdaşının nəzarəti altında sualları cavablandıracaqlar. Ənənəvi imtahan vermək istəyən şagirdlər isə təyin edilmiş gündə və saatda Mərkəzi Bankın Bülbül prospekti 27 ünvanında yerləşən binasına yaxınlaşaraq onlar üçün ayrılmış kompüterdən istifadə etməklə kursun suallarını cavablandıra bilərlər.
Müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 5983550 və ya (+994) 50 2090391 telefon nömrəsinə zəng vura, yaxud [email protected] elektron poçtuna yaza bilərlər. Müsabiqədə yalnız “Uşaqlar və pullar” kursunu uğurla başa vurmuş və “Bankçılıq və rəqəmsal ödənişlər” kursunda müsabiqə başlayana qədər uğurlu nəticəsi olmayan məktəblilər iştirak edə bilərlər.
Müsabiqədə qalib gələn 45 şagirdə ağıllı saat hədiyyə ediləcəkdir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur