Cümə axşamı, 21 Avqust, 2025

Aktuari inkişaf proqramına qəbul başladı (ÖDƏNİŞSİZ)


  • Dərc edildi: 5 Oktyabr, 2022 - 10:10
Aktuari inkişaf proqramına qəbul başladı (ÖDƏNİŞSİZ)

Azərbaycan Respublikasının Mərkəzi Bankı sığorta bazarının inkişafı və onun maliyyə dayanıqlılığının gücləndirilməsi, həmçinin bu istiqamətdə əhəmiyyətli rola malik, müasir bilik və bacarıq tələblərinə cavab verən aktuarilərin sayının artırılması məqsədilə beynəlxalq səviyyədə təşkil olunan Aktuari inkişaf proqramına qəbulu açıq elan edir.

 

Proqrama Universitetlərin Aktuari, Sığorta, İqtisad, Maliyyə, Riyaziyyat, Statistika, Ekonometriya üzrə bakalavr və magistr pilləsinin məzunları olan 35 yaşınadək şəxslər müracət edə bilərlər.

 

Nəzəri və təcrübə hissələrdən ibarət 4 hissəli proqram 13 ay davam edəcək. Hər mərhələnin sonunda iştirakçıların imtahan verməsi və uğurlu olduqları təqdirdə növbəti mərhələyə keçməsi nəzərdə tutulur. Mərhələləri uğurla başa vurmuş namizədlərin sığorta şirkətlərində təcrübəyə cəlb olunması təmin ediləcəkdir. Proqramı müvəffəqiyyətlə tamamlayan namizədlərin sığora şirkətlərində işlə təmin olunma imkanları yüksəkdir.

 

Dərslər Türk Sığorta Enstitüsü Vakfı (TSEV) və yerli mütəxəssis/ekspertlər tərəfindən onlayn və ənənəvi formada keçiriləcəkdir.

 

Kursun proqramı:

  • Riyaziyyat
  • İqtisadiyyat
  • Sığortanın əsasları
  • Maliyyə riyaziyyatı
  • Mühasibatlıq və maliyyə hesabatları
  • Sığorta riyaziyyatı
  • Həyat və qeyri-həyat
  • Risk analizi və aktuari modelləmə
  • Maliyyə nəzəriyyəsi və tətbiqlər
  • Maliyyə, investisiya və risk idarəetməsi
  • Qeyri-həyat sığortaları
  • Həyat sığortaları
  • Tibbi sığorta

Proqramda iştirak etmək istəyənlər CV-lərini [email protected] elektron ünvanına 31 oktyabr 2022-ci il tarixinədək göndərə bilərlər. E-məktubun Mövzu (Subject) hissəsində Aktuari inkişaf proqramı yazmağınız xahiş olunur. Əlavə məlumat üçün 012 598 3550 nömrəsinə zəng vura bilərsiniz.

 

Müraciətin son tarixi 31 oktyabr, 2022-ci ildir.

 

Proqram ödənişsizdir.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 188
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7126
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1850
Azərbaycan Texnologi...