Bazar, 24 Avqust, 2025

“CyberCamp 2023” qış kampının açılış mərasimi keçirilib


  • Dərc edildi: 9 Fevral, 2023 - 19:23
“CyberCamp 2023” qış kampının açılış mərasimi keçirilib

8 fevral  tarixində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi təşkilatçılığı ilə Quba rayonunda “CyberCamp 2023” qış kampının açılış mərasimi keçirilib.

Məlumat üçün bildirək ki, qış düşərgəsində iştirak üçün 300-ə yaxın müraciət qeydə alınıb, qeydiyyat və müsahibə mərhələlərindən sonra 30 tələbə iştirak imkanı əldə etmişdir.

Tədbirin açılışında İctimai Birliyin sədri Leyla Zeynalova düşərgənin rəqəmsallaşmanın geniş vüsət aldığı dövrdə texnoloji təkmilləşmənin yarada biləcəyi problemlər və onlara qarşı mübarizə üsulları barədə məlumat mübadiləsi üçün uğurlu platforma olacağını vurğulayıb. Leyla Zeynalova düşərgənin keçirilməsində əsas məqsədin kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və kibertəhlükəsizlik sahəsində karyera hədəfləri olan tələbə və gəncləri bir araya gətirərək peşəkar, çevik və innovativ mütəxəssislərin cəlb edilməsiylə kibertəhlükəsizliyin texnoloji aspektlərini nəzəri və praktiki cəhətdən öyrətmək, tələbələrin bu sahə üzrə bilik və bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq  olduğunu bildirib.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 423
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 86
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7302
Sumqayıt Dövlət Univ...