Şənbə, 23 Avqust, 2025

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının MÜRACİƏTİ


  • Dərc edildi: 9 Fevral, 2023 - 20:44
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının MÜRACİƏTİ

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının MÜRACİƏTİ

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) qardaş Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən təbii fəlakətdən kədərləndiyini bildirir və türkiyəli qardaş və bacılarımıza dərin hüznlə başsağlığı verir.

Son günlərdə çoxsaylı elm və təhsil işçisi zəlzələdən zərərçəkmiş bölgələrə yardım məqsədilə müraciətlər edir, fərdi qaydada vəsaitlərin toplanması təşəbbüsünü irəli sürürlər.

Minlərlə müəllimi birləşdirən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası elm və təhsil icmasının üzvlərinin könüllü yardım təşəbbüslərini sistemli şəkildə həyata keçirilməsi məqsədilə yardım kampaniyasına start verir.

Əziz həmkarlar, aşağıda qeyd olunan vasitələrlə könüllü olaraq yardım kampaniyasına qoşula bilərsiniz:

1. Aşağıdakı keçidə daxil olmaqla onlayn qaydada ianə;
2. İş yerinizdə ərizə yazmaqla yardım kampaniyasına ianə (əlavə olunan ərizəni dolduraraq, işlədiyiniz müəssisəsinin rəhbərliyinə və mühasibatlığına təqdim etməklə);
3.  Bank köçürməsi yolu ilə ianə (əlavə olunan rekvizitləri çap edərək bank filialları vasitəsilə köçürmə etməklə);

Keçid: http://iane.agma.az/

Qaynar xətt: 051 206 79 71

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 410
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 83
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7290
Sumqayıt Dövlət Univ...