Çərşənbə axşamı, 1 İyul, 2025

“Bank Respublika” ASC Bakıxanov və Neftçilər filialları üzrə Korporativ bankçılıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiyalar elan edir


  • Dərc edildi: 31 Oktyabr, 2023 - 19:36
“Bank Respublika” ASC Bakıxanov və Neftçilər filialları üzrə Korporativ bankçılıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiyalar elan edir

“Bank Respublika” ASC Bakıxanov və Neftçilər filialları üzrə Korporativ bankçılıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiyalar elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
  • Bankın korporativ müştərilərinə xidmət etmək;
  • Hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
  • Əmanət hesabları üzrə faizlər və əmanətin ödənilməsini həyata keçirmək;
  • Hesablar üzrə tələb olunan bütün əməliyyatları icra etmək;
  • Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
  • Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • Aidiyyati sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
  • Dil bilikləri: Azərbaycan dili (əla);
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 noyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində aşağıdakılardan müvafiq olanı qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər:

 

  • Korporativ bankçılıq üzrə mütəxəssis (Bakıxanov) 
  • Korporativ bankçılıq üzrə mütəxəssis (Neftçilər) 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 64
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 38
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 217
Məktəbəhazırlıq qrup...