Çərşənbə axşamı, 15 İyul, 2025

BANM ilə NDU arasında memorandum imzalanıb


  • Dərc edildi: 31 Oktyabr, 2023 - 19:25
BANM ilə NDU arasında memorandum imzalanıb

BANM ilə NDU arasında memorandum imzalanıb

 

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev imzalayıb. 

 

Memorandumda Bakı Ali Neft Məktəbi tərəfindən Naxçıvan Dövlət Universitetində İnformasiya təhlükəsizliyi ixtisasının yaradılmasına dəstək, eyni zamanda NDU əməkdaşları üçün İnformasiya təhlükəsizliyi sahəsində təlimlərin təşkili nəzərdə tutulur. Ali məktəblər arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübə mübadiləsinin aparılması və Kimya ixtisasının daha da təkmilləşdirilməsi üzrə mübadilələrin həyata keçirilməsi də əməkdaşlıq istiqamətləri arasındadır. 

 

Anlaşma Memorandumu SOCAR ilə Naxçıvan Dövlət Universitetinin rəhbər heyəti arasında NDU-da keçirilən görüş çərçivəsində imzalanıb. Görüşdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafı sahəsində apardığı məqsədyönlü siyasətdən bəhs olunub, bu istiqamətdə əldə edilən mühüm nailiyyətlərin təməlinin Ümummilli Lider tərəfindən qoyulduğu vurğulanıb. “Heydər Əliyev İli” çərçivəsində ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib, tərəflər arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır
14 İyul, 2025 - 21:50 163
Bağçada tərbiyəçi-mü...
Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 4608
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 185
Tələbələrin köçürülm...