“Satınalma üzrə mütəxəssis” vakansiyası

“Satınalma üzrə mütəxəssis” vakansiyası

 

İş yeri: ATS Food

İş məkanı: Sumqayıt ş.

Müraciətin son günü: 30 Noyabr 2023-cü il

 

Tələblər:

Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi)

İş təcrübəsi: Satınalma sahəsində ən azı 2 il iş təcrübəsi

Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (əla), Rus dili (orta)

Kompüter biliyi: Microsoft Office proqramı ürə biliklər

Digər: 1 C, ERP sistemlərdə işləmək bacarığı.

 

Vəzifədən gözləntilər:

  1. Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
  2. Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
  3. Satınalmanın daxili prosedura uyğun  təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə  vaxtında və sərfəli satın alınması;
  4. Sifarişçi və ya  son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
  5. Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa, daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi;
  6. Tender komissiyasının işinin təşkil edilməsi, tender sənədlər paketinin hazırlanması, tender prosesinin təşkil edilməsi;
  7. Satınalma və tender prosessi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reyestrin hazırlanması;
  8. Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
  9. Hesabatların hazırlanması və təqdim edilməsi.

 

 

Vəzifə üzrə səriştələr:

  • Satınalma müqavilələrinin tərtibatı haqqında ümumi anlayış;
  • Analitik düşünmə bacarığı;
  • Təhlil etmə bacarığı;
  • Tenderlər sahəsində təcrübə;
  • Planlama və Təşkilatçılıq;
  • Bazar, rəqabət, fürsət və təhlükələri görmə;
  • Qiymətləndirmə bacarığı;
  • Tədarükçülərlə iş bacarığı.

 

 

 

İş Şərtləri

Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə

İş rejimi: 5 gün (həftəiçi)

Servis: Təmin edilir

Nahar: Təmin edilir


Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı "Satınalma üzrə mütəxəssis" qeyd olunmaqla göndərə bilərlər.

 

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az