Şənbə, 23 Avqust, 2025

MilliSec MMC - Kiber Təhlükəsizlik - Red Team Üzrə Təqaüd Proqramı


  • Dərc edildi: 2 Fevral, 2024 - 00:12
MilliSec MMC - Kiber Təhlükəsizlik - Red Team Üzrə Təqaüd Proqramı

MilliSec şirkəti Kiber Təhlükəsizlik - "Red Team" təqaüdlü təlim proqramına iştirakçı qəbulu elan edir.

Sözügedən proqram 6 aylıq olub, bütün mərhələləri uğurla tamamlamış iştirakçılardan 3 nəfər 6 ay ərzində tam ödənişsiz MilliSec şirkətinin hesabına kiber təhlükəsizlik üzrə təqaüdlü təhsil alacaq, bilik və bacarıqlarını inkişaf etdirə biləcəklər. Təlimi uğurla bitirənlərə sertifikat təqdim olunacaq. 

Təqaüdlü təlim proqramının təlimçisi bir neçə beynəlxalq sertifikatın sahibi, təcrübəli kibertəhlükəsizlik üzrə mütəxəssis, həmçinin "MilliSec" MMC.nin təsisçisi və rəhbəri Zaur Qasimov olacaq.

Təqaüd proqramına qəbul aşağıdakı mərhələlər üzrə təşkil olunacaq:

1. Onlayn qeydiyyat;

2. Seçim mərhələsi;

3. Müsahibə mərhələsi;

4. Proqrama qəbulun təsdiq olunması.

Təqaüd proqramına qeydiyyatın son tarixi 5 fevral 2024-cü il saat 23.59 təyin olunub: 
Qeydiyyat linki:https://lnkd.in/eF_VHVRd 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 372
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 78
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7251
Sumqayıt Dövlət Univ...