Cümə, 22 Avqust, 2025

“Kitab və Mütaliə ilə bağlı Layihə Müsabiqəsi” elan olunur


  • Dərc edildi: 22 Avqust, 2025 - 19:03
“Kitab və Mütaliə ilə bağlı Layihə Müsabiqəsi” elan olunur

Azərbaycan Uşaqlarının İnkişaf Platforması (AUİP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin birgə təşkilatçılığı ilə kitab oxumaq və mütaliə mədəniyyətini formalaşdırmaq məqsədilə “Kitab və Mütaliə ilə bağlı Layihə Müsabiqəsi” elan olunur.

 

1. Layihənin Məqsədi

 Uşaqlar və gənclər arasında mütaliə mədəniyyətini formalaşdırmaq;

 Yaradıcılıq bacarıqlarını inkişaf etdirmək;

 Komanda işi və fərdi təşəbbüsləri dəstəkləmək;

 Kitabın həyatımızdakı əhəmiyyətini cəmiyyətə çatdırmaq;

 Layihə həyata keçirilməsi ilə bağlı təcrübəni formalaşdırmaq.

 

2. İştirak Qaydaları

 Mövzu: Kitab və mütaliə ilə bağlı istənilən kreativ layihə

 Müsabiqədə yalnız bir layihə ilə bir dəfə iştirak etmək mümkündür.

 İştirakçıların yaş aralığı: 14–18 yaş.

 Layihə fərdi təqdim edilməlidir.

 Hər bir layihə mövzuya uyğun hazırlanmalıdır.

 Layihə həyata keçirildikdən sonra foto və video materiallarla sənədləşdirilməlidir.

 Hazır layihə AUİP-in rəsmi e-mail ünvanına göndərilməlidir. ([email protected])

 Layihələr göndərilərkən iştirakçı haqqında ad, soyad, yaş, məktəb, işlək Whatsapp

nömrəsi qeyd olunmalıdır.

 

3. Layihəyə Yaradıcı Toxunuş İmkanları

İştirakçılar layihələrinə fərdi yaradıcılıq əlavə edə bilərlər, məsələn:

 Oxu marafonu təşkil etmək;

 Mütaliə klubu yaratmaq;

 Kitab müzakirəsi və ya kitab təqdimatı keçirmək;

 

 İnnovativ yanaşma (məsələn, kitabdan ilhamlanaraq qısa film, animasiya, rəsm

sərgisi və ya sosial aksiya);

 Açıq hava kitab günləri, “Səssiz kitabxana” və ya kitab mübadilə guşəsi təşkil etmək

və s.

 

4. Müddət

Müddət bitdikdən sonra göndərilən layihələr nəzərə alınmayacaq.

Başlama tarixi – 9 avqust

Bitmə tarixi – 31 avqust 18:00

 

5. Qiymətləndirmə və Qaliblərin Seçilməsi

Göndərilən layihələr aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:

 Mövzuya uyğunluq (20%)

 Yaradıcı yanaşma və innovativlik (30%)

 Layihənin icra keyfiyyəti (20%)

 İctimai faydalılıq və təsir gücü (20%)

 Materialların təqdimat keyfiyyəti (10%)

 

6. Mükafatlandırma

Müsabiqə bitdikdən sonra yuxarıda qeyd olunan meyarlara əsasən təqdim olunan layihələr

arasından 3 qalib seçiləcək:

 1-ci yer

 2-ci yer

 3-cü yer

Qeyd: Xüsusi mükafatlandırma mərasimində qaliblər diplom və hədiyyələrlə

mükafatlandırılacaq.

 

7. Layihələrin Təqdimat Qaydaları

 Layihə təqdimatı yalnız slayd şəklində vahid sənəd kimi hazırlanmalıdır:

1. Slaydlarda video hissələr, layihədən şəkillər və izahlı mətnlər yer almalıdır.

2. Videolar maksimum 5 dəqiqə olmalı, layihədən kadrlar öz əksini tapmalıdır.

3. Slaydlar 15 səhifədən çox olmamalıdır.

 Hazır təqdimat göstərilən e-mail ünvanına göndərilməlidir.

 Şəkilsiz və videosuz təqdimatlar qəbul edilmir.

 Sadəcə şəkil və ya video göndərilməsi (əlavə izah olmadan) layihənin qəbul olunması

üçün kifayət deyil.

 Təqdimatın tərkibində aşağıdakı məlumatlar olmalıdır:

 Layihənin məqsədi

Layihənin icra prosesi

Əldə olunan nəticələr

 Foto və video materiallar (layihədən görüntülər)

 

8. Layihələrin Göndərilməsi

Layihələr yekun slayd şəklində aşağıdakı ünvana göndərilməlidir:

[email protected]

 Təqdimat faylları PDF və ya PowerPoint formatında qəbul edilir.

 Təqdimatlar göndərilən zaman e-mailin mövzu hissəsində belə qeyd olunmalıdır:

“Kitab və Mütaliə ilə bağlı Layihə Müsabiqəsi”

 

Əlavə Qeydlər

Layihə təqdim edilərkən email-də iştirakçının ad, soyad, məktəb, əlaqə nömrəsi,

ünvan mütləq göstərilməlidir.

 Təqdim olunan layihələrdə məlumatların tam və dəqiq olması şərtdir.

 Məlumatları natamam, şəkilləri və izahları çatışmayan, əsas tələblərə cavab

verməyən layihələr qəbul edilməyəcək.

 Layihə təqdim etməklə iştirakçı foto və videoların AUİP tərəfindən paylaşılmasına

razılıq verir.

 Layihə təqdimatı yalnız slayd şəklində, şəkillər, izahlı mətnlər və video hissələri daxil

olmaqla vahid sənəd kimi hazırlanmalı və müvafiq e-mail ünvanına göndərilməlidir;

 

Ayrı-ayrı video və ya sənəd göndərilməsi, eləcə də məlumatların tam şəkildə bir e-

maildə təqdim olunmaması halında layihə qəbul edilməyəcəkdir.

 

Əlaqə

Suallar üçün:

E-mail ünvanı: [email protected]

Əlaqə nömrəsi: +994 55 366 24 67

Sosial media: auip.ib

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 358
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 73
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7215
Sumqayıt Dövlət Univ...